Samir Cavadzadə yenidən səhnədə

Samir Cavadzade

Ulduzlar Vüsalənin yaşaması üçün bir araya gələcək

 Oktyabrın 11-də “Metkarting” İdman və Əyləncə Mərkəzində “Möcüzələr Realdır” adlı xeyriyyə konserti keçiriləcək. Verilən məlumata görə, “Möcüzələr Realdır” adlı xeyriyyə gecəsindən yığılan vəsaitin bir qismi 7 saylı uşaq evində yaşayan 15 yaşlı Rzazadə Vüsalənin əməliyyatı və müalicəsi üçün, digəri isə Buzovna qəsəbəsində yerləşən “Ginnes” adına sümük-vərəm dispanserində yaşayan uşaqların ehtiyaclarına sərf ediləcək.

Ehtiyacı olan körpələrə yardım etmək üçün xalq artistləri Nisə Qasımova, Flora Kərimova, müğənnilər Samira, Elnur, Samir Cavadzadə, Gökhan Erol, Sevda Yəhyayeva, Azad Şabanov, Seyran (Next qrupu), Toni, Günay İbrahimli, Aygün İsmayilova, Roza Zərgərli, Əbdül Xalid, Elvin Abdullayev, Çingiz Mustafayev, Elyanə, Kənan Əzimov və “Baku in Motion” qrupu dəstək olacaqlar. Qeyd edək ki, biletlərin qiyməti adi – 10 AZN , VİP – 20 AZN

 Əlaqə telefonu: (051) 930-10-10

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button