Sarkozidən fərqli Fişer

DİVD İctimai Birliyinin Xarici Əlaqələr üzrə sədr  müavini

 Biri 5 üzlü, digəri 1 üzlü siyasət yürüdür…

 “Demokratik İslahatlara Vətəndaş Dəstəyi” İctimai Birliyi tərəfindən Fransa prezidenti Nikola Sarkozinin Azərbaycana rəsmi səfəri barədə verdiyi bəyanatdan qısa müddət sonra – 12 oktyabr 2011-ci il tarixdə Azərbaycan Respublikasına Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin rəsmi səfəri olmuşdur. Avstriya-Macarıstan imperiyasının varisi olan bu dövlət dünya tarixində və Avropanın siyasi həyatında xüsusi önəmə malik ölkələrdən biridir. Avstriya prezidenti Azərbaycan Respublikasına səfəri zamanı Azərbaycan xalqına, onun ordusuna, atributlarına sayğı göstərməklə və protokol qaydalarına riayət etməklə Avropa mədəniyyətinin necə olduğunu bir daha göstərmiş oldu. Azərbaycan prezidenti cənab İlham Əliyevin Avropa və dünya ölkələrinə səfərləri zamanı bütün qaydalara ən yüksək səviyyədə riayət etməsi, həmin xalqlara və dövlətlərə yüksək sayğısının göstəricisidir. Bu, belə də olmalıdır. Əgər sivil, demokratik dünyada yaşamaq istəyiriksə, dünya xalqlarının bir-biri ilə münasibətləri səmimi, dostluq və qarşılıqlı hörmət prinsipi əsasında olmalıdır. Avstriya prezidentinin Azərbaycana gəlməsi və onun hərəkətləri bizim Fransa prezidenti Sarkozi haqda verdiyimiz bəyanatın nə qədər düzgün olduğunu göstərir. Sarkozinin Azərbaycana gəlməsinin və Ermənistanda etdiyi çıxışların Fransa dövlət maraqlarına deyil, öz şəxsi maraqlarına görə, Fransada yaşayan bir dəstə erməninin səsini almaq üçün etdiyini sübuta yetirir. Siyasətdə Türkiyə Başbakanı cənab R.T.Erdoğanın dediyi kimi, üçlü, beşli sifət olmaz. Dövlət başçıları dünyada sülhün təntənəsinə, demokratiyanın bərqərar olmasına, ölkələrin və xalqların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş siyasət aparmalıdır. Bir dövlətin məsuliyyətini üzərinə götürmüş dövlət başçısı həm demokratik, həm insan haqlarına sayğılı, həm də faşist, işğalçı dövlətlərin müdafiəçisi ola bilməz.

“Xural” qəzeti,

il 9, sayı: 061 (471), 16 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button