Sartrın “Ürəkbulanma”sı təqdim edildi

 

Dünən “Əli və Nino” kitab mağazasında Jan Pol Sartrın Azərbaycan dilində nəşr olunmuş ilk kitabı – “Ürəkbulanma” əsərinin tədqimatı keçirildi.

Tədbirin əvvəlində  Sartrın yaradıcılığı haqqında danışan publisist Məmməd Süleymanov “Ürəkbulanma” əsərinin mərkəzində duran ideyalar və onun öz dövrünə və Sartrın əsərlərinə təsiri haqqında qısa məlumat verib.

Məlumat üçün bildirək ki, SOLFRONT nəşriyyatında çap edilən bu əsər Sartrı dünyaya tanıdıb. Roman XX əsrin 60-cı illərində demokratik, maoist və tələbə hərəkatlarının simvolu olub.

Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur. Gündəliyin məqsədi əsl mahiyyəti axtarıb tapmaqdır. Vaxtaşırı qəhrəmanda ürəkbulanma olur. Ürəkbulanma Rokentenin dünyanı anidən dərk etməsi ilə müşahidə olunan hisslərinin kəskinləşməsidir. O, ilk dəfə yerdə gördüyü daş parçasını götürmək istəyəndə, bunu bacarmadığını başa düşür. Və elə bu anda da o, mövcudluğun absurdluğuna qarşı Ürəkbulanma hiss etməyə başlayır.

 Rövşən Danyeri

 

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button