Satış menecerinin şikayəti əsasında məhkəmə başlayıb

mehkeme4

Tanınmış şirkətin satış menecerinin şikayəti əsasında məhkəmə başlayıb

Bakı Apellyasiya Məhkəməsində mənimsəmədə təqsirləndirilən Nahid Axundov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası martın 14-nə təyin edilib.

Qeyd edək ki, N.Axundov “Veysəloğlu” MMC-də satış meneceri olub. O, 12 min manat pulu mənimsəməkdə təqsirli bilinib. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

N.Axundov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Axundov 7 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan N.Axundov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button