Saytların bloklanması ilə bağlı qərar qüvvədə qaldı

“24saat.org” və “Xural.com” saytlarının apellyasiya şikayəti təmin edilmədi

19.09.2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsində az24saat.org və Xural.com saytlarının bloklanması ilə bağlı Səbail rayon məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb. 

Xural.com saytının şikayətinə hakim Tofiq Paşayevin sədrlik etdiyi kollegiya baxıb. Baş redakor Əvəz Zeynallı çıxış edərək, Səbail rayon məhkəməsinin qərarını anlaşılmaz və qanunsuz adlandırıb. “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytın bloklanması ilə bağlı məhkəməyə təqdim ediyi yazıların heç biri rəhbərlik etdiyim sayta aid deyil. Bu yazılar, digər media orqanlarından, əksəriyyəti də “Turan” informasiya agenliyindən götürülmüş materiallardır və istinadla Xural.com saytında da yayımlanıb. Hörmətli hakim, bu, ona bənzəyir ki, başqa bir hakimlər kollegiyasının çıxardığı qərara görə, sizin hakim heyətini cəzalandırırlar. Eynilə, Xural.com saytını müəllifi olmadığı yazılara görə, xəbərdarlıq belə etmədən bloklayıblar” – deyən Əvəz Zeynalllı Səbail rayon məhkəməsinin qərarının ləğv edilməsini xahiş edib.

Əvəz Zeynallının vəkili də şikayətin təmin edilməsini istəyib.

Müşavirədən sonra hakim şikayətin təmin edilməməsi barədə qərarı elan edib.

Az24saat.org saytıının apellyasiya şikayətinə hakim Xəyal Sarıyevin sədrliyi ilə baxılıb.

Vəkil çıxış edərək bildirib ki, saytın bloklanması ilə bağlı qərar əsassız və qanunsuzdur:

“NRYTN özü o qərar gəlib ki, az24saat.org saytında gedən yazılarda böhtan, yalan və qərəzli məlumat var. Halbuki nazirlikdə əyləşən hər hansı bir şəxs bu qərar gələ bilməz. 4 yazınınn hər birində adıçəkilən şəxs – prezidentin köməkçisi Əli Həsənov bu yazılara heç bir reaksiya verməyib, məhkəyə və ya saytın özünə müraciət etməyib. Ancaq nazirlik özbaşına o qərara gəlib ki, bu yazılarda qanun pozuntusu var və bloklanmalıdır. Bununla bağlı müraciətə əsasən də məhkəmə həmin qənaəti araşdırmadan təsdiqləyib. Halbuki hər hansı yazının, yaxud ifadənin böhtan olmasını təsdiq edən məhkəmə qərarı olmalıdır. Bu haıda, məhkəmə həmin qərara isinad edərək saytın bloklanmasına qərar verə bilərdi. Az24saat.org saytı ilə bağlı əhkəmə prosesində isə, nəinki məhkəmə qərarı, heç ekspert, yaxud mütəxəssis rəyi də yoxdur. Yazılarda əks olunan fikirlər jurnalisin mülahizəsidir. Həm Azərbaycan Konstiusiyası, həm də Azərbaycanın ratifikasiya etdiyi Avropa Konvensiyası, şəxsi fikrinə və mülahizəsinə görə jurnalistlərin cəzalandırılmasını qadağan edir”.

Az24saat.org saytının baş redakoru Vüqar Qurdqanlı (Ələkbərov) da bildirib ki, proses əvvəldən qanunsuzluqla başlayıb. “NRYTN-dən gecə saatlarında daxil olan xəbərdarlıqda sözügedən məqalələrin “az24saat.org.az” saytından çıxarılması tələb olunub. Mənim saytım isə “az24saat.org”-dur və xəbərdarlıqda qeyd olunan saytla heç bir əlaqəm yoxdur. İddiaya səbəb olan yazılara gəlincə, heç bir yalan, qərəz və böhtandan söhbəti gedə bilməz.

Sadəcə gedən proseslər və yayılan informasiyaların analizin təsviridir. Əgər yazılarda yalan, təhqir və ya böhtan olsaydı, adıçəkilən şəxslər məhkəməyə müraciə edərək, bunu məhkəmə qərarı ilə təsdiqlədə bilməzdi” – deyə baş redaktor bildirib.

Məhkəmə müşavirədən sonra şikayətin təmin edilməməsi barədə qərarı elan edib.

Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasını təmin edib.

Avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytları ilə bağlı nazirlik məhkəməyə mürcviət edib və hər 3 iddia təmin oluanaraq adıçıəkilən saytların da bloklanması barədə qərar qəbul edilib.

Bu qərardan verilmiş apellyasiya şikayətinə əsasən, avqustun 9-da Arqument.az saytının rəhbərliyinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi təyin edilib və Bakı Apellyasiya Məhkəməsi Arqument.az saytının bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edilməsi barədə qərar verib.

Az24saat.org saytının bloklanması ilə bağlı iddiada göstərilirdi ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilsə də, sayt yazıları silməyib. Xəbərdarlıqda qeyd edilən yazılar aşağıdakılardır:

Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?

Qeyd edək ki, “az24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.Sözügedən domen bloklandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

“Xural”ın bloklanması ilə bağlı baş redaktor Əvəz Zeynallı bildirir ki, nazirlik ona heç xəbərdarlıq məktubu da göndərməyib.

“Nazirliyin müraciətində 4 yazıdan söhbət gedir. Halbuki, heç biri “Xural”-ın yazıları deyil, başqa saytlardan götürülüb. Yazıların biri “Turan” İA-nın, ikisi “azpolitika.az”, sonuncusu isə “Azərbaycanreallığı” saytından götürülüb. Həmin yazıların üçünün “Xural”la heç bir əlaqəsi yoxdur. Bir yazı isə Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vaxtından əvvəl həbsdən buraxılması haqda statusumun xəbəri idi, onu başqa sayt dərc etmişdi, mən də ordan götürüb sayta qoymuşdum”.

Yada salaq ki, 2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button