Saytların bolkanması ilə bağlı qərardan şikayətə baxılacaq

Xural.com və 24saat.org saytlarının bloklanması ilə bağlı məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə 17 sentyabr 2018-ci ildə baxılacaq.

Məhkəmədən daxil olan bildirişə əsasən baxış iclası saa 10.00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

24saat.org saytının şikayətinə hakim Xəyal Sarıyevin, Xural.com saytının şikayətinə isə hakim Tofiq Səmədovun sədrlik ediyi kollegiya baxacaq.

Qeyd edək ki, avqustun 7-də Səbail rayon məhkəməsi Az24saat.org saytının bloklanması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iddiasını təmin edib.

Avqustun 8-də isə Xural.com, Arqument.az və Anaxeber.az saytları ilə bağlı nazirlik məhkəməyə mürcviət edib və hər üç iddia təmin oluanaraq adıçıəkilən saytların da bloklanması barədə qərar qəbul edilib. Məhkəmə qərarında saytların dərhal bloklanmasını xüsusi qeyd edib.

Bu qərardan verilmiş apellyasiya şikayətinə əsasən, avqustun 9-da Arqument.az saytının rəhbərliyinin apellyasiya şikayəti əsasında məhkəmə prosesi təyin edilib və Bakı Apellyasiya Məhkəməsi Arqument.az saytının bloklanması barədə Səbail Rayon Məhkəməsinin qərarını ləğv edilməsi barədə qərar verib.

Az24saat.org saytənən bloklanması ilə bağlı iddiada göstrilirdi ki, prezidentin köməkçisi Əli Həsənovun adının çəkildiyi 4 yazının 8 saat ərzində silinməsi tələb edilsə də, sayt yazıları silməyib. Xəbərdarlıqda qeyd edilən yazılar aşağıdakılardır:

“Prezidentin köməkçisi Əli Həsənov AZTV-yə sədr göndərilə bilər”, “Mətbuat şurası Əli Həsənovun ad gününə Qurultay hədiyyə etdi”, “İlham Əliyevə yanlış məlumat verən şəxs ƏLİ HƏSƏNOVDUR?” və “APA-nı kim, niyə bağladı?”

Qeyd edək ki, “24saat.org” saytının əsas domen adı olan “www.24saat.org” 5 may 2017-ci il tarixində heç bir xəbərdarlıq olmadan Azərbaycan ərazsinində bloklanıb. Buna səbəb həmin ərəfədə Azərbaycan ərazisində bloklanan meydan.tv, azadliq.info. azadliq.org və digər saytların bütün xəbərlərini istisnasız olaraq təkrar yaymağımız olub.Sözügedən domen blo klandığı üçün sayt bir neçə vaxtdır “Az24saat.org” domen adı ilə fəaliyyət göstərir.

“Xural”ın bloklanması ilə bağlı baş redaktor Əvəz Zeynallı bildirir ki, nazirlik ona heç xəbərdarlıq məktubu da göndərməyib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birbaşa Səbail Rayon Məhkəməsinə sayta girişi məhdudlaşdırılması haqda müraciət edib. Nazirliyin müraciətində 4 yazıdan söhbət gedir. Halbuki, heç biri “Xural”-ın yazıları deyil, başqa saytlardan götürülüb. Yazıların biri “Turan” İA-nın, ikisi “azpolitika.az”, sonuncusu isə “Azərbaycanreallığı” saytından götürülüb. Həmin yazıların üçünün “Xural”la heç bir əlaqəsi yoxdur. Bir yazı isə Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vaxtından əvvəl həbsdən buraxılması haqda statusumun xəbəri idi, onu başqa sayt dərc etmişdi, mən də ordan götürüb sayta qoymuşdum”.

Əvəz Zeynallı məhkəmənin qərarını siyasi adlandııb.

Yada salaq ki, 2017-ci ilin mayın 12-də Səbail rayon Məhkəməsinin qərarıyla AzadlıqRadiosunun azadliq.org, “Azadlıq” qəzetinin azadliq.info, MeydanTV-nin meydan.tv, ölkə xaricindən yayımlanan Turan TV-nin turan.tv və “Azərbaycan saatı” televiziya proqramının azerbaycansaati.org saytları bloklanıb.

2017-ci ilin martın 10-da Milli Məclisin plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button