Sedat Pekeri kim və niyə danışdırır –

deputatdan və redaktordan açıqlama...

Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın lideri Sedat Pekerin son videoları Türkiyə və Azərbaycan cəmiyyətlərini ciddi şəkildə narahat edir. Açıq şəkildə görünür ki, Peker bu videoçıxışlarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlət başçımız İlham Əliyev arasında olan dostluğu, eyni zamanda Türkiyə-Azərbaycan qardaşlığını da hədəf alır.

Onun məqsədli olduğu heç kəsə sirr deyil. Bir sözlə, iki qardaş ölkə arasındakı səmimi münasibəti qəsdən gözdən salmağa çalışır, düşüncələrə şübhə toxumu səpir.

Onu hansı qüvvələr danışdırır? Hansı dövlətin, hansı güclərin əlində hazırda alətdir? Hazırda hansı ölkədə saxlanılır?

Bu sualların fonunda onun məsələsi terror təşkilatı PKK-nı quran və hazırda ömürlük həbs cəzasına məhkum edilən Abdulla Öcalanı da gündəmə gətirib. Belə ki, vaxtilə Öcalanı Keniyada qandallayıb, başına torba keçirən Türkiyə kimi dövlət faktoru ortada var. Bu amilin fonunda bir sual da yaranıb.

Öcalanı həbs edib gətirən bir dövlət üçün Pekeri yaxalamaq, xain fəaliyyətini durdurmaq çətindirmi?

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa məsələyə münasibət bildirərkən dedi ki, zaman-zaman müəyyən kriminal avtoritetlər siyasətə təsir imkanlarını göstərmək üçün bu cür addımlar ata bilirlər: “Amma bu çıxışların bir qismində hiss olunur ki, xarici mətbəxdə hazırlanan, yaxud yönləndirilən istiqamətdədir. Xüsusilə Türkiyəyə dost olmayan ölkələr vasitəsilə bunun gerçəkləşməsi ehtimalları daha yüksək görünür. Bu məsələ ciddi şəkildə təhlil olunmalıdır. Mən də hesab edirəm ki, bu, Türkiyə iqtidarına olan təzyiq formalarından biridir. İctimai rəyə hesablanıb. Azərbaycanda da belədir. Bir də görərsən ki, bir fərari çıxıb hökumət əleyhinə bir fikir söyləyə bilər və nəticədə dəstək də alar. Onun da vətənə münasibətdə mövqeyi doğru ola bilər. Yaxud mənəviyyatı olmayan bir adam çıxıb dini və başqa mövzuda elə spekulyasiya edərək müəyyən güclərin dəstəyini alar. Cəmiyyət də bunu normal qarşılayar. Bizdə sosial şəbəkə seqmentləri əsasən bunun üzərində qurulub. İlk dövrlərdə bu cür məsələlər cəmiyyətdə müəyyən qədər maraq doğurur. İnandırıcılığı da bəzən kifayət qədər çox olur. Amma dərindən təhlil edəndə sual verirsən ki, niyə məhz indi? Nə üçün bu ölkədə? Hədəf seçilənlər nəyə görə buna tuş gəliblər? Səhəri gün seçkilərdə insanların seçimində dəyişiklik etməyə yönəlik düşünülmüş taktika olması mümkündür. İstənilən halda biz bu məsələdə Türkiyə hakimiyyətinin yanındayıq. Çünki bu iqtidar bizim üçün dəyərli olan ən böyük işi görüb. Azərbaycana Vətən savaşında dəstək verən əsas ölkə olub. Türkiyə cəmiyyətini burada maraqlandıran hansı tərəf varsa, biz onu kənara qoyuruq. Azərbaycanın haqq savaşına sona qədər sahib çıxan, ölkəmizi sona qədər vicdanla dəstəkləyən bir Ərdoğan hakimiyyəti, Türkiyə iqtidarı var. Bu baxımdan normal düşünən hər bir azərbaycanlının mövqeyində dəyişiklik olmamalıdır”.

Fazıl Mustafa - Vikipedi

Fazil Mustafa: “İstənilən halda biz bu məsələdə Türkiyə hakimiyyətinin yanındayıq”

Deputat Türkiyə hakimiyyətinin bu prosesdə necə davranacağına da toxundu: “Bu, FETÖ məsələsindən elə də təhlükəli məsələ deyil. 1-2 nəfərin ortalığa atıldığı bir şəbəkədir. Konkret olaraq, bir nəfərin öncüllüyündə bu proses gedirsə, qardaş ölkə bunun həllinin bir yolunu tapacaq. Əlindəki vasitələrdən istifadə edib bu məsələni çözəcək”.

F.Mustafa həyat yoldaşı və qızına görə Pekerin qisas aldığı yönündəki iddialara da toxundu: “Açığı, bu mənə o qədər də inandırıcı gəlmir. Ola bilsin ki, həmin hadisənin də müəyyən qədər təsiri olsun. Amma toxunulmaz kimsə yoxdur. Polis istənilən evə girə və araşdırma tələb edə bilər. Qanunda kiminsə evinə girməmək kimi bir qayda yoxdur. Bir nazirin evinə girib onu həbs edirlərsə, yaxud icra başçısını qandallayırlarsa, indi deməlidirlər ki, onu həbs etmək, evinə girmək olmaz, prezidentin təyin etdiyi nümayəndədir? Yəni bunlar qaydalar çərçivəsində həll olunan məsələlərdir. Burada qisasçılıqdan daha çox Türkiyə iqtidarına qarşı hazırlanan bir layihədən söhbət gedir”.

Əvəz Zeynallı Cəmil Həsənlini biabır etdi: “Özlərini

Əvəz Zeynallı: “O, Ərdoğanı hədəf götürüb”

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı fərqli düşünür: “Açığı, düşünmürəm ki, Sedat Peker Türkiyə-Azərbaycan qardaşlığına, Ərdoğan-İlham Əliyev dostluğuna zərər vurmaq üçün belə edir. Peker məsələsi çox dərindir. Hesab edirəm ki, onun danışıqlarına hüquq-mühafizə orqanlarımız xüsusi diqqət ayırmalıdır. Çünki Sedat Peker Azərbaycanın daxilini əlaqələndirən məsələlərdən danışıb. SOCAR, Lotu Quli, Mübariz Mənsimov kimi məsələlərdən danışıb. Pekerə bir az Türkiyənin daxili məsələsi kimi, bir az da beynəlmiləlləşmiş iş kimi baxmaq lazımdır. Niyə onu tuta bilmirlər? Öcalanı gətirənlər onu niyə gətirə bilməsinlər? Birincisi, indiyə qədər Türkiyə iqtidarının as adamlarından biri olub. Ərdoğanın hakimiyyətə gəlməsində, Baxçalının yüksəlməsində böyük rolu olub. Peker gözlənildiyindən daha dərin, strateji ağıla malik insan kimi ortalığa çıxıb. O Türkiyənin beynəlxalq əlaqələrini ortalığa çıxardığına görə onu tutmaq elə də asan bir məsələ deyil. Onu İnterpol asan şəkildə tutub təhvil verməz. Bu iş həddindən artıq böyümüş və Türkiyənin münasibətlərini beynəlxalq məsələlərə gətirən bir işə çevrilib. Hazırda Türkiyədə iqtidar və müxalifət onun açıqlamalarına kilidlənib. Düşünürəm ki, bu iş hələ davam edəcək. Görünən odur ki, Sedat Peker Ərdoğanı hədəf götürüb. Hüquq-mühafizə orqanlarımız onun açıqlamalarının ardınca getməlidir. Sedat Peker Türkiyə-Azərbaycan məsələsi deyil. Bir növ də o, həyat yoldaşı və qızına doğru tuşlanan silahların qisasını alır. Məncə, Türkiyə ilə Azərbaycanın şərtlərini qarşılaşdırmaq düzgün deyil”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button