Sevda Sanaliyevanı təqib edən şəxs saxlanılıb

Yayımlandı: 20 Avqust 2024 22:22

Müğənni özünün və övladlarının təhlükədə olduğunu açıqlamışdı

Müğənni Sevda Sanaliyeva tanıdığı şəxs tərəfindən təqib edildiyini və həyatna təhlükə olduğunu bildirib.

O bu barədə “İnstagram” səhifəsində paylaşım edib.

“Bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır. Dəfələrlə “102”yə şikayət etmişəm, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət etmişəm. Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir, amma bilmirəm ki, buna vaxtım var, ya yox. Qərar çıxana qədər, bəlkə də, mən olmayacağam”, – müğənni bildirib.

Video vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edən Sevda Sanaliyeva həmin şəxsə övladlarına və ona yaxınlaşdığı təqdirdə, kimliyini açıqlayacağını da söyləyib.

Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, həmin şəxs Sevda Sanaliyevanın müraciəti əsasında polis bölməsinə dəvət edilib.

“Araşdırmanın nəticəsinə əsasən həmin şəxs saxlanılıb. Barəsində protokol tərtib edilib. Baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndəriləcək”, – DİN-nin məlumatında deyilir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button