“Sevgililər Şöləni” və “Sevgililər Gəzintisi” keçiriləcək
“Xural” qəzetinin baş redaktoru, “30 İyun Sevgililər Günü Təşkilat Komitəsinin” sədri Əvəz Zeynallının verdiyi məlumata görə, 2003-cü ildən “Xural” qəzetinin təşəbbüsü ilə keçirilən “30 İyun Sevgililər Günü” tədbirləri bu il yenidən qeyd olunmağa başlayacaq. Əvəz Zeynallı bu haqda facebook statusunda yazıb: “29 iyunda “Sevgililər Şöləni”miz olacaq… 30 İyun – Sevgililər Günündə isə “Sevgililər Şöləni” olacaq. “Sevgililər Şöləni” “Xudafərin” şadlıq evinin “Təbriz” zalında, saat 18.00-da, “Sevgililər Gəzintisi” isə saat 19.00-da, Şəhidlər Xiyabanının qarşısındakı meydançadan başlayacaq. İnanıram ki, bu il daha gözəl olacaq. Görkəmli müğənnilər, sənətkarlar tədbirimizdə iştirak edəcəklər… Millətimizin tədbirində!
Tanrı həqiqətən heç bir millətə belə bir gün göndərməyib!
Biz həqiqətən sevə və sevdiyimiz uğrunda ölə bilirik!”
Xatırladaq ki, 30 İyun Sevgililər Günü 2003-cü ildən “Xural” qəzetinin təşəbbüsü ilə keçirilir. Artıq 13-cü ildir ki, Müqəddəs şəhidlərimiz İlhamla Fərizənin toy günləri Azərbaycan gəncliyinin ən əziz günlərindən birinə çevrilib.
xural.com