“Sevgililər günü” müsabiqəsi başladı!

ilhamla fərizə3Orxan Rəhmaninin təşkilatçılığını etdiyi (Orkhan Rahmanli PhotographySevgi mövzüsunda fotomüsabiqə) “Sevgi mövzusunda müsabiqə” başladı. Orxan Rəhmaninin şəxsi facebook səhifəsində müsabiqənin şərtləri dərc olunub:

“İlham və Fərizənin xatirəsinə həsr olunmuş “ İlham kimi Vətənini, Fərizə kimi sevdiyini sev!” şüarı altında 30 iyun Sevgililər Günü münasibəti ilə vətənpərvərlik və sevgi mövzusunda foto müsabiqəsinə start veririk!

Xatırladaq ki, şəkil qəbulu iyun ayının 7-nə qədər davam edəcək.

Müsabiqə 1-30 iyun aralığında davam edəcək.

29 iyun saat 00:00 müsabiqəyə son veriləcək və hər 2 mövzuda seçilmiş 3 şəkil 30 iyun yəni seçim günündə münsiflər heyəti tərəfindən dəyərləndiriləcək.

Qeyd edək ki, xüsusi programlar ilə bəyənmə (like) toplamağa çalışan iştirakçılar isə müsabiqədən uzaqlaşdırılacaq.

Hər kəsə uğurlar!”

Biz də xural.com olaraq təşkilatçılara uğurlar arzulayırıq və bütün sevənləri müsabiqəyə qoşulmağa səsləyirik.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button