Sevgililər Gününə həsr olunmuş disk çıxdı!
«Xural» sevənlərə daha bir önəmli ərməğan hazırladı…
«Xural» 30 İyun – Sevgililər Günü ərəfəsində daha bir möhtəşəm layihəyə imza atıb. Qəzetimiz Azərbaycanın Əməkdar artisti Ağalar Bayramovun təqdimatında sevgi şeirlərindən və mahnılarından ibarət «İlham-Fərizəm lay-lay» diskini araya-ərsəyə gətirib. Diskdə Flora Kərimovanın, Ağadadaş Ağayevin, Nazpəri Dostəliyevanın, mərhumə Rübabə Muradovanın, Aygün Bayramovanın, Gülayın təqtimatında 9 mahnı və Ağalar Bayramovun təqdimatında 30 sevgi şeiri yer alıb.
Gələn saylarımızda diski geniş təqdim edəcəyik…
XuralTAC
“Xural” qəzeti,
İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul 2011-ci il