Sevil Əliyeva onu oğurlamaq istəyən qadından danışdı-FOTO, VİDEO

Mərhum prezident Heydər Əliyevin qızı, indiki dövlət başçısı İlham Əliyevin bacısı, tanınmış bəstəkar və ictimai xadim Sevil Əliyeva “Space” telekanalına müsahibə verib.
Hazırda Londonda yaşayan Sevil Əliyevanın telekanalın prezidenti Vaqif Mustafayevə verdiyi müsahibədə atası və qardaşı haqda xatirələrini bölüşüb. Uşaqlığından, ata-anasının bir-birinə olan sevgilərindən, qardaşı İlhamı tez-tez qorumasından danışan Sevil Əliyeva uşaq vaxtları qarşılaşdıqları təhlükələrdən danışıb. Bir qadının onu oğurlamaq istəməsindən danışan Sevil xanımın danışıqlarından belə məlum olub ki, həmin qadın işdən uzaqlaşdırılan keçmiş prokurorlardan birinin həyat yoldaşı olub.
sevil əliyeva1
sevil əliyeva
Bu maraqlı faktlarla zəngin olan müsahibənin videosunu xural.com təqdim edir:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button