“Sevimli dərd”-ŞEİR

Ömər Ş.

 

Bu da belə bir ömürdür, mənimdir,
İtkisi də, kədəri də, dərdi də!
Mənə özüm, mənə sevgim qənimdir,
Mən xoşbəxtəm öz sevimli dərdimdə!

Qoy beləcə, gözüm nəmli yaşasın,
Özüm qəmli, sözüm qəmli yaşasın,
Qoy dizimin taqətinə daş asım,
Zaman ağır, üzü gülmür mərdin də!
Mən xoşbəxtəm öz sevimli dərdimdə!

Mənim günüm, mənim gecəm, qəm-qəhər,
Yaşayıram bu zülümdə birtəhər,
Mənim zərim du-bir, se-du, yek çahar,
Qoşa düşmək yoxdur mənim nərdimdə!
Mən xoşbəxtəm öz sevimli dərdimdə!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button