Sevinc Babayevanın oğlu anasının ardınca İstanbula getdi

27.12.2012

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə eks-deputat Gülər Əhmədova arasındakı “mandat bazarlığı”nın vasitəçisi Sevinc Babayevanın İstanbulda evində qaldığı rəfiqəsigildə vəziyyəti birdən-birə ağırlaşıb.

Məlumata görə, ev sahibəsi qonağının vəziyyətinin pisləşdiyini gördükdə təcili tibbi yardım çağırıb və Sevinc Babayeva İstanbulun özəl hospitallarından birinə çatdırılıb. Amma həkimlərin səylərinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

Sevil Babaevanın ölümünə səbəb ürək çatışmazlığı olub.

Sevinc Babayevanın oğlu Məmmədov Ayxan Eldar oğlu anasının meyitini Azərbaycana gətirmək üçün İstanbula yola düşüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button