“Sevinc Babayevanın oğlunun həyatı təhlükədədir”

Ayxan Məmmədov
Sevinc Babayevanın oğlu

04.01.2013

Yaxınları Ayxan Məmmədovu sakitləşdirə bilmir

Babayevanın yaxın rəfiqələri onun yasında iştirak etməyib
Xəbər verdiyimiz kimi, adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayev və keçmiş millət vəkili Gülər Əhmədova ilə videoqalmaqalda hallanan Sevinc Babayevanın vəfatından sonra oğlu prezidentə müraciət edib.
AzNews.az-a daxil olan məlumata görə, yaxınları anasının ölümündə Gülər Əhmədovanı günahlandıran Ayxan Məmmədovu bu bəyanatlardan çəkindirməyə çalışsalar da, mümkün olmayıb.
Belə ki, S.Babayevanın ölümündən sonra mərhumun xalası və xüsusən də dayısı Ayxan Məmmədovu istintaqın nəticələrini gözləməyə çağırıb. Lakin o, anasının ölümündə məhz Gülər Əhmədovanın rolunun olduğunda israrlıdır və bu işdə sakit dayanmayacağını bildirir: “Yaxın qohumları Ayxan Məmmədovu mətbuatda bu məzmunda çıxışlar etməkdən çəkindirə bilməyiblər. Ayxan Məmmədov anasının ölümündə Gülər Əhmədovanın əlinin oluğunu güman edir və bu barədə danışmaqdan çəkinməyəcəyini bildirir. Qohumlarının ona təsir imkanı yoxdur. Onu bu bəyanatları səsləndirməkdən çəkinməyə çalışan qohumlarına isə anasının ölüm səbəbləri bütünlüklə aydınlanana qədər bu yoldan çəkinməyəcəyini bildirib. Eyni zamanda istintaqa da bu barədə bildirib. Hamı onun həyatının təhlükədə olduğunu deyir, amma o heç kimin sözünə baxmır”.
Mənbə həmçinin, onu da əlavə edib ki, S.Babyevanın bir neçə gün davam edən yas mərasimində əvvəllər onunla yaxın münasibətdə olan çox sayda rəfiqələrindən yalnız bir neçəsi iştirak edib. Bu isə S.Babayevanın ailəsini olduqca narahat edib. Onlar dəfn mərasimində narahatlıqlarını bildirərək “Sevincin ölüsündən də qorxurlar” deyə vurğulayıblar.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button