Seyid məktəb direktoru oğurluq edir?

Cəlilabad sakini «Xural»a bir məktəbin talanaraq yox olmasından yazdı

 Redaksiyamıza Cəlilabad rayonundan şikayət ərizəsi daxil olub. Rayonun Qarazəncir kəndinin sakini Amil İsgəndərov redaksiyamıza ünvanladığı məktubunda Cəlilabadın 1 saylı orta məktəbin direktorundan şikayətlənir. Şikayətçi yazır ki, Cəlilabad rayon 1 saylı orta məktəbin direktoru Mirəhməd Ağayev həmin məktəbi çapıb talamaqla məşğuldur. Bu adam məktəbin həyətindən dövlətə məxsus olan qaz trubasını müəmmalı şəkildə yox edib. «Məktəbin həyəti ilə gedən, məktəbi qazla təmin etməli olan 300 metr uzunluğunda boru kəməri kəsilərək satış üçün yaxınlıqdakı tikinti materialları mağazasına verilib» deyə müraciət sahibi həm də maraqlı bir xahiş edir. Alim İsgəndərov yazır ki, xahiş edirəm, sadalanan faktlarla bağlı cinayət işinin açılmasında bizə yardımçı olasınız.

Daha sonra şikayətçi bir qədər konkret məlumat verərək yazır ki, direktor oğurladığı 300 metr uzunluğunda qaz kəmərini Qarazəncir kəndi ərazisində yerləşən Babayev Şakir Rəhim oğluna məxsus olan Tikinti Materialları mağazasında satıb.

Daha sonra A.İsgəndərov bir qədər də ətraflı məlumat verərək deyir ki, adıçəkilən şəxsə məxsus dükanda guya xeyli sayda oğurluq tikinti materialları satılır. Şikayətçi iddia edir ki, direktor Mirəhməd Ağayev məktəbdən oğurladığı tikinti mallarını məhz həmin şəxsin dükanında satdırır. Kənd sakini xahiş edir ki, məktəbdə olan dövlət əmlakının yenidən inventarlaşdırması aparılsın. A.İsgəndərov yazır ki, direktor məktəbin stadionunu da kənd sakinlərinə pulla həyətyanı sahə olaraq satıb.

Alim İsgəndərovun dükanında oğurluq mallar satdığını iddia etdiyi Şakir Babayev haqqında məlumat verərək yazır ki, o, Mərkəz Xəstəxanasında tez-tez təmir-tikinti işləri aparır, oradan oğurladığı malları öz dükanında satır.

Yazı-xəbərdə adı çəkilənlərin də mövqelərini dərc etməyə hazırıq.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Qaz turbasını Şərəfsiz İcra başçısı Əziz Əzizov qəsb edib (bu barədə video materiallar da var.) haramı olsun. Mirəhmədin də nöqsanları az deyil amma mən bu yazılarla razılaşmıram Amil İsgəndərov kəndin ən çirkin şəxslərindən biridir. O bu materialla M. Ağayevi şantaj etdikdən sonra öz qızını həmin məktəbə işlə təmin etdirdi (Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə xüsusi testdən keçməyərək) oxuduğu kollejdə Hərf və rəqəmləri yazmaqda çətinlik çəkən bir şəxs indi millətin balasına əlifba və hesab öyrədir. Millət bax belə məhv olur erməniyə nə gərək var? bir sözlə Amil İsgəndərov Vətən millət fikirləşən insan deyil.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button