Seymur Həzi aclığı dayandırdı

get_imgAclıq aksiyası üçün səbəblər aradan qaldırılıb

Sentyabrın 24-də aclıq aksiyasına başlayan məhbus jurnalist Seymur Həzi bugün aksiyanı dayandırıb. Məlumatı Meydan TV-yə jurnalistin atası Məşğul Həziyev verib.

Məşğul Həziyev deyib ki, aclıq aksiyası üçün səbəblər aradan qaldırıldığından Seymur aksiyasını dayandırıb.

Sentyabrın 24-də məhbus jurnalistdən Apellyasiya Məhkəməsində son sözü deməmək tələb olunub, o isə bu tələbə qarşılıq olaraq aclıq aksiyasına başladığını elan edib.

Seymur Həzi 2014-cü ilin avqustun 29-da Abşeron rayon polisləri tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button