“Show Radio” Əliyevləri təhqir etdiyinə görə cəzalandırılıb

Türkiyə Televiziya Ali Şurası Azərbaycan prezidenti İlham Əliyev və xanmı Mehriban Əliyeva ilə bağlı təhqir yayımı iddiası ilə “Show Radyo”‘ya 5 dəfə proqramın dayandırılması, ən yüksək maliyyə cəzası verilməsi barədə qərar çıxarıb. Bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin yanvarın 25-də yaydığı xəbərdə deyilir.

Adı çəkilən veriliş “Show Radyo”nun bu il yanvarın 16-da “Matrax” adlı proqramında Zəki Kayahan Coşqunun aparıcılığı ilə saat 22:00-dan saat 01:00-a kimi davam edib.

Verilişdə dövlət başçısı İlham Əliyevə və xanımı M.Əliyevaya münasibətdə təhqirlər yer alan ifadələr işlənildiyi iddia edilib.

Ali Şura bu yayım səbəbilə aparıcıya bu tip maliyyə cəzaları daxilində ən yüksək cəza səviyyəsi sayılan kommersiya gəlirlərinin 5%-i həcmində maliyyə cəzası qərarı çıxarıb. Bundan əlavə, radioya bu proqram yayımının 5 dəfə dayandırılması haqda da qərar verilib.

Bu cəzadan sonra eyni radio bir il içində bənzər bir yayım icra edərsə yayımın 10 günə kimi dayandırılması qərarı veriləcək. Bundan əlavə, bir daha təkrar edilərsə, yayım lisenziyası ləğv olunacaq.

Haqqında danışılan cəza Ali Şura tərəfindən radiolara verilən ən ağır cəzalardan sayılır.

Türkiyə qanunvericiliyinə görə, maliyyə cəzası ilə bağlı qərarları dövlət qurumları verir, bu cəza cinayət yox, təhqir əməllərinə görə nəzərdə tutulur.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button