“Simurq”un prezidenti artıq azadlıqda

simurq“Simurq” futbol klubunun prezidenti Anar Bəkirov Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirilib, ancaq saxlanılmayıb.

Bu barədə Virtualaz.org saytına Anar Bəkirovun vəkili Rəsul Sadiqov bildirib.
Onun sözlərinə görə, Anar Bəkirovun Azərbaycan Beynəlxalq Bankına borcu olmayıb. Bank futbol klubunun çempionatda çıxış edə bilməsi üçün ona 1 milyon manat həcmində zəmanət paketi verib, amma klub bundan istifadə etməyib.
Hazırda Anar Bəkirov azadlıqdadır.
Qeyd edək ki, Anar Bəkirov hüquq-mühafizə orqanları tərəfindən istintaqa çağırıldığını etiraf etmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button