Şiştəpə məktəbi niyə dağıdılıb?!

Şəmkirli Hidayət direktor…

«Şəmkir rayon Şiştəpə kənd orta məktəbini əhalinin özü tikib. Burada tam yeni bina tikilib, köhnə məktəb binası təmir olunmayıb. Onu kəndin say-seçmə oğulları kənd camaatına hədiyyə edib, amma gəlin görün buralar nə gündədir» – deyə XuralTAC-a məlumat verən kənd sakini hazırda kənd məktəbinin bərbad gündə olduğunu bildirdi. Şəhid Qalib Allahverdiyev adına olan bu məktəb indi baxımsızlıq üzündən pis vəziyyətə düşüb. Qapı-pəncərələri qırıq-sökük haldadır. Ötən il kənd sakinləri tərəfindən 200 ədəd küknar ağacı alınıb məktəbə hədiyyə edilsə də, bu ağaclar indi az qala quruyaraq sıradan çıxıb. Adam boyu qanqallar qalxıb və baxımsızlıq məktəbi xarabaya çevirib. Kənd sakini bütün bunların səbəbkarının məktəb direktoru Hidayət müəllim olduğunu dedi. «Onun nəzarətsizliyi məktəbi bu günə qoyub. Bu məktəbi ona görə tikməyiblər ki, dağıtsınlar. Bu direktor hara baxır? Bilmirik, dərdimizi kimə deyək? Təhsil Nazirliyinə bir neçə dəfə şikayət etsək də, dərdimizə əlac tapılmayıb. Bəlkə siz bizə bir yardım edəsiniz»…

Ümid edirik ki, yazının dərcindən sonra Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələri Şəmkir rayon Şiştəpə kənd orta məktəbindəki vəziyyəti öyrənmək üçün lazım olan tədbirləri görəcəklər.

 

XuralTAC

 

“Xural” qəzeti,

İl: 9, sayı: 023 (431), 19-25 iyun 2011-ci il

 

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button