“Siyasət meydanı”-002-də hansı mövzulardan danışıldı-VİDEO

Xural TV-nin layihəsi olan “Siyasət meydanı” verilişinin 2-ci hissəsi bu gün (dünən-red.) – 25 iyun 2019-cu ildə canlı yayında efirə gedib. Əvəz Zeynallının aparıcısı olduğu verilişdə Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn iştirak edib. 1 saat davam edən yayında son günlər ölkənin siyasi gündəminə oturan çəpər-divar-hasar məsələsi, hasarın kimə aid olduğu, Cavid Qurbanovla bir əlaqəsinin olub-olmadığı müzakirə mövzusu olub. Bundan başqa, Əvəz Zeynallının canlı yayına rəy yazanlara müraciəti olub: “Hər kəs öz adı ilə yazsın, sərt tənqid etsin, amma əsla söyüş olmasın. Burada kimsə kimsənin təbliğatını, ya da qara piarını aparmasın. Bizə minlərlə söyüş söyən saxta profildənsə, sayı az, amma gerçək adamlar yazsın.” Əsas mövzular isə seçki söyləntiləri və bu söyləntilərin pərdəarxası, Ramil Usubovun prezidentlə görüşməsi, Təhlükəsizlik Şurasına təyin edilməsi, Ramiz Mehdiyevin aqibətinin necə olacağı, Köçəryanın yenə həbs olunması və Ermənistanda son vəziyyət, Qarabağ Komitəsinin səhərki iclası və jurnalist Fuad Abbasovun Bakıya, Azərbaycana göndərilməsi olub. Xural.com “Siyasət meydanı” 002-ni təqdim edir:

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button