Siyasi fəal ruhi-əsəb dispanserinə yerləşdirilib

Yayımlandı: 7 İyun 2023 12:56

Dostları Ziyafət Abbasovanın kitab sərgisinə gedərkən yoxa çıxdığını deyir

Azərbaycan Demokratiya və Rifah Partiyasının, eləcə də Müqavimət Hərəkatının üzvü Ziyafət Abbasova ruhi-əsəb dispanserinə yerləşdirilib.
Dünəndən yoxa çıxan siyasi fəalın harada olmasına Daxili İşlər Nazirliyi aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Ziyafət Abbasova yaşadığı sığınacaqdan bir neçə vətəndaşın şikayəti və sağlamlıq vəziyyəti ilə əlaqədar ruhi-əsəb dispanserinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Ziyafət Abbasovanın iyunun 6-dan səhər saatlarından yoxa çıxması haqda məlumatlar yayılmışdı. Məlumatlarda bildirilirdi ki, o, Milli Şuranın sədri, tarixçi alim Cəmil Həsənlinin kitab təqdimatına getmək adıyla çıxıb və ondan heç bir xəbər yoxdur. O, kitab təqdimatına da getməyib.

Üstündən bir sutkaya yaxın vaxt keçməsinə baxmayaraq, dostları onun haqqında heç bir məlumat ala bilmədiklərini deyirdilər.

“Ziyafət xanım Cəmil Həsənlinin kitab təqdimatına gedərkən yoxa çıxıb. O, mənə bildirmişdi ki, bu rejim onu dəlixanaya salmaqla hədələyir. Qeyd edim ki, Ziyafət xanım sığınacaqda qalırdı…”, – Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Gülnarə Rəhimovanın sözləridir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button