Siyasi məhbus siyahısı yeniləndi-165 SİYASİ MƏHBUS!

4 nəfərin adı siyahıya daxil edildi, 1 nəfər çıxarıldı…

Bu gün Siyasi Məhbusları Müdafiə Mərkəzinin növbəti toplantısı keçirilib. Xural.com xəbər verir ki, toplantıda siyasi məhbusların durumu, onlarla bağlı keçirilən məhkəmə proseslərində yol verilən total qanun pozuntuları, ölkədə aparılan repressiyalar, son həbslər, Gürcüstandakı azərbaycanlı siyasi mühacirlərlə bağlı son durum və SMMM-in atacağı addımlar müzakirə olunub.

Toplantıda AXCP sədrinin müavini Gözəl Bayramlının, araşdırmaçı jurnalist Əfqan Muxtarlı və Kanal13 internet televiziyasının redaktoru Əziz Orucovun absurd ittihamlarla həbs olunması pislənilib. Gürcüstanda fəaliyyət göstərən “Lanset” Klinikasının həmtəsisçisi Fərman Ceyranlının həbsindən narahatlıq ifadə olunub.

Toplantıda siyasi məhbus siyahısının yenilənməsi istiqamətində müzakirələr aparılıb. Blogger Mehman Qələndərov dünyasını dəyişdiyi üçün onun adı siyasi məhbus siyahısından çıxarılıb.

Aşağıdakı şəxslərin adı siyahıya əlavə olunub;

1. Gözəl Bayramlı- AXCP sədrinin müavini
2. Əfqan Muxtarlı – araşdırmaçı jurnalist
3. Əziz Orucov – Kanal 13 TV redaktoru
4. Natiq Şahbazov – Nardaran sakini

Beləliklə, hazırda SMMM-in hazırladığı siyahıda 165 nəfər siyasi məhbusun adı yer alıb.

Toplantıda Mehman Qələndərov, Gözəl Bayramlı, Əfqan Muxtarlı və Gürcüstanda son baş verənlərlə bağlı hazırlanan hesbabatların ümumiləşdirlərərk “Gürcüstan işi; həbslər, repressiayalar və qarşıda duran vəzifələr” mövzusunda Araşdırma-Hesabat hazırlanması qərara alınıb.

Toplantıda Bakı İstintaq Təcridxanasında müəmmalı şəkildə həyatına son qoyulan Mehman Qələndərovun 9 iyunda 40 məclisinin keçirilməsi də qərarlaşdırılıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button