Siyasi məhbusların siyahısı yenilənib

Bu gün “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq” son həbslər və məhkəmə prosesləri nəzərə alınmaqla siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb.

Siyahıda 158 ad var. Bu, cari ilin 13 may tarixli siyahısında olduğundan üç nəfər çoxdur.

Siyasi məhbusların sayı koronavirus dövründə repressiya qurbanlarının hesabına artıb. Onlar AXCP fəalları Niyaməddin Əhmədov və Səid Məmmədzadə, həmçinin “Azel” TV saytının təsisçisi Əfqan Sadıqovdur.

Siyahı AŞPA-nın 2012-ci il tarixli 1900 saylı qətnaməsində müəyyən edilmiş meyarlara əsasən tərtib edilib.

Tərtibçilər: Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənovdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button