Siyasi məhbuslar üçün kitab aksiyası keçirilib

Zümrüd Yağmur: ”Şahbaz Xuduoğlunun daha geniş dəstək verəcəyini gözləyirdim”

İyunun 23-də Müsavat Partiyasının qərargahında “Siyasi məhbuslara kitab dəstəyi” aksiyası keçirilib. Bu barədə Meydan TV-yə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həyat yoldaşı, yazıçı Zümrüd Yağmur məlumat verib.

Zümrüd Yağmur deyib ki, onlar məhbusların kitab qıtlığı ilə tez-tez üzləşməsi barədə məlumatlar alırdı. Bununla bağlı sosial şəbəkələrdə elan verilib. Nəticədə NİDA, AXCP Gənclər Təşkilatı və siyasi məhbus ailələrinin Koordinasiya Mərkəzi birgə tədbir keçirib:

“Tədbirə siyasi məhbus ailələri də dəvət olunub ki, onlar yaxınlarının istədiyini kitabları götürsünlər. Düzdür, hələlik aksiya istədiyimiz şəkildə alınmayıb, səbəb kitabların sayının az olmasıdır. Məsələ ondadır ki, NİDA-nın kitabları çatdırmaması aksiyanın istədiyimiz şəkildə alınmasına mane oldu. İkinci, “Qanun” nəşriyyatından aksiyaya dəstək istəmişdik, amma nəşriyyat kitablarını daha çox satışa göndərib. Yalnız 5 Cinayət Məcəlləsini və “Qanun” jurnalını verə biliblər. Mən bunu “Qanun” nəşriyyatından gözləmirdim. Çünki “Qanun” Azərbaycanda böyük nəşr evi olduğundan Şahbaz Xuduoğlunun daha geniş dəstək verəcəyini gözləyirdim. Bu baxımdan xəyal qırıqlığı yarandı”.

Z.Yağmurun sözlərinə görə, aksiyaya dəstək üçün eks-prezident Əbülfəz Elçibəy haqda verilən kitabın həbsxanaya buraxılması ehtimalı azdır:

“Bununla belə, siyasi məhbuslar daha çox klassik ədəbiyyat, sosioloji və politoloji əsərlər istəyirlər. Əsasən də dindarlar sosioloji və politoloji kitablara meyllidirlər”.

meydan.tv

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button