Siyasi məhbusların vahid siyahısı yenilənib

Siyasi məhbusların vahid siyahısı yenilənib

 Siyasi məhbusların vahid siyahısını hazırlayan İşçi Qrup bəyan edir ki, indiyədək verilən  əfv sərəncamları ilə və cəza müddətlərinin başa çatması nəticəsində elan olunmuş 98 nəfərlik siyahıda adları olan şəxslərdən 26 nəfəri azadlığa çıxıb. Buna görə də onların adları siyahıdan çıxarılıb. Amma siyasi məhbusların vahid siyahısı hazırlanıb ictimaiyyətə təqdim ediləndən sonra da siyasi motivli həbslər davam edib.

Siyasi Məhbusların Vahid Siyahısını hazırlayan İşçı Qrupundan Musavat.com-a daxil olan məlumata görə, İşçı Qrupu yeni həbs edilənlərin siyasi məhbus olub-olmaması ətrafında müzakirələr və araşdırmalar aparıb, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalara görə siyasi məhbus hesab edilən 8 nəfərin adını qeyd olunan siyahıya əlavə edib və daha bir neçə nəfərin həbsinin motivləri ilə bağlı araşdırmalar davam etdirilir. Beləliklə, yenilənmiş siyasi məhbusların vahid siyahısına 80 nəfər siyasi məhbusun adı  daxildir.
Siyahıya əlavə edilənlər şəxslər bunlardır:
1. Murad Ədilov – Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, bu partiyanın mətbuat xidmətinin rəhbəri, jurnalist Natiq Adilovun qardaşı.
2. Seymur Həzi – “Azadlıq” qəzetinin şərhçisi, “Azərbaycan saatı” proqramının aparıcısı, AXCP-nın Rəyasət Heyətinin üzvü.
3. Xədicə İsmayıl – Azadlıq Radiosunun Bakı bürosunun əməkdaşı, araşdırmaçı jurnalist.
4. Elvin Abdullayev  – AXCP  üzvü.
5. Qadir Xudabaxşıyev – AXCP  üzvü, II qrup Qarabağ müharibəsi əlili.
6. Asif Yusifov – AXCP  sədrinin müşaviri, partiyanın Rəyasət Heyətinin üzvü,  Qarabağ  müharibəsi əlili.
7. Taleh Xasməmmədov  –  hüquq müdafiəçisi.
8.  Mübariz Abdullayev – Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin qardaşı oğlu.
Azadlığa çıxdıqları üçün 98 nəfərlik siyasi məhbusların vahid siyahısından adları çıxarılanlar.
1) Bayraməli Vəlişov – hicab məhbusu. 2) Ruhid Abbasov – hicab məhbusu. 3) Xudaverdi Abdullayev – hicab məhbusu. 4) Arif Fətəliyev – hicab məhbusu. 5) Aydın Məmmədov –  hicab məhbusu. 6) Emil Məmmədov –  hüquq müdafiəçisi. 7) Şahin Novruzlu  –   NİDA-çı. 8) Bəxtiyar Quliyev –  keçmiş NİDA-çı. 9) Elsevər Mürsəlov  –  keçmiş  NİDA-çı. 10) Həsən Hüseynli   –  hüquq müdafiəçisi. 11) Qurban Məmmədov – vəkil. 12) Əvəz Zeynallı –  “Xural” qəzetinin baş redaktoru. 13) Sərdar Əlibəyli – “Note Bene” qəzetinin baş redatoru. 14) Zaur Qurbanlı  –   NİDA-çı.  15) Üzeyir Məmmədli – NİDA-çı. 16) Muraday Quluyev – hıcab məhbusu. 17) Nahid Qəhrəmanov – hicab məhbusu. 18) Ceyhun Quliyev – hicab məhbusu. 19) Elşən İsmayıllı – İsmayıllı hadisələrinə görə həbs edilmiş. 20)  Qasımlı Anar Əsgər oğlu – hıcab məhbusu. 21) Vəliyev Ramil Rəhim oğlu – hicab məhbusu. 22) Orxan Eyyubzadə – NİDA-çı. 23) Bəşir Süleymanlı – hüquq müdafiəçisi. 24) Eldəniz Hacıyev –dindar. 25) İsmayil Məmmədov – dindar. 26) Rəvan Səbzəliyev –  dindar.
Xatırladaq ki, qeyd olunan siyahı həbsdə olan vicdan məhbusları, hüquq müdafiəçiləri Leyla Yunusla Rəsul Cəfərovun hazırladığı siyasi məhbusların birləşdirilməsi nəticəsində yaranıb.
Siyasi məhbuslar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 3 oktyabr 2012-ci il tarixli 1900 saylı Qətnaməsində təsbit edilmiş kriteriyalar əsasında müəyyən edilib.
Xeyli sayda yerli və beynəlxalq təşkilatlar bu siyahını Azərbaycanda siyahi məhbusların vahid siyahısı kimi qəbul edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button