Siyasi mühacir Azərbaycanda qardaşının həbs olunduğunu bildirib

Avropada yaşayan azərbaycanlı siyasi mühacir Rəşad Qurbanov Mingəçevir şəhərində qardaşının həbs olunduğunu bildirib.

Mingəçevir Şəhər Polis İdarəsində Fuad Qurbanovu amansızcasına döyüblər, ondan videokamera qarşısında öz qardaşını təhqir etməyi tələb ediblər.

“Son məlumatlara görə, qardaşımı 30 sutka həbs ediblər və Gəncəyə etap ediblər”, – R.Qurbanovun aprelin 27-də yaydığı bəyanatda deyilir.

Bundan öncə martın 8-də R.Qurbanovun qaynı İlkin Quliyev Şəkidə saxlanılıb. O, polisə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati həbs cəzası alıb.

R.Qurbanov bildirib ki, martın 2-də Fransada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra ona qarşı təzyiqlər başlayıb.

Bundan əlavə, R.Qurbanov sosial şəbəkələrdə fəallıq göstərir.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button