Siyasi mühacirlər prezidentin köməkçisini suçlamaqda davam edirlər

Siyasi mühacirətdə olan fəal Azər Kazımzadə prezident İlham Əliyevə müraciət edərək bildirib ki, onun köməkçisi Əli Həsənov siyasi mübarizəni bilərəkdən söyüş səviyyəsinə endirib.

(https://www.facebook.com/azer.kazimzade.5/posts/2113496215430114)

A.Kazımzadə yazır ki, məhz Ə.Həsənovun nəzarətində olan saytlar müxalifətin ünvanına təhqiredici materiallar dərc edirlər. Onlar vəkil Aslan İsmayilovu, AXCP sədri Əli Kərimlini, jurnalist Sevinc Osmanqızını ən ağır ifadələrlə təhqir ediblər.

2018-ci ildə görünməmiş hadisə baş verib. Siyasi mühacir Vidadi İsgəndərlinin atasının məzarı ən ağır formada təhqir edilərək video formatda sosial şəbəkələr üzərindən paylaşıldı.

Bəzi məlumatlara görə, 2018-ci ilin oktyabrında DTX və Göyçay Rayon Polis İdarəsi Göyçay rayonunda əməliyyat keçirib və iş üzrə iki nəfəri saxlayıb. Ancaq 48 saatdan sonra sərbəst buraxıblar. Belə məlumat var ki, onlar pul müqabilində Ə.Həsənova işləyən saytlardan birinin redaktorunun yaxın qohumları olub, A.Kazımzadə bildirib.

Fəal hesab edir ki, Əli Həsənovun bu qəbuledilməz addımı atmaqda məqsədi birbaşa dövlət başçısını, onun ailə üzvlərini söyüş hədəfinə gətirməkdir.

Qeyd edək ki, dekabrın 17-də Ə.Həsənov bununla bağlı Facebook-da öz cavabını yerləşdirib. O deyib ki, siyasi mühacirlərin təqib olunmasına və ya onlara təzyiq edilməsinə göstəriş verməyib.

Ə.Həsənovun sözlərinə görə, onun adını Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlamaq cəhdi “ucuz şou”dur.

“Bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır”, – Ə.Həsənov bildirib.

O, ittihamları qəti şəkildə rədd edib, siyasi mühacirləri qanun qarşısında məsuliyyət daşıyacaqları ilə hədələyib.

 

Turan.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button