“Siyasi partiyalar haqqında” qanun dəyişdi

Ölkə başçısı İlham Əliyev “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

 

Xural.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən,“Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 fevral tarixli 530-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 16.4-1-ci maddə əlavə edilsin:

 

“16.4-1. Hərbi və ya fövqəladə vəziyyətin elan edilməsinə səbəb olmuş halların aradan qaldırılmasına və müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinə mane olan siyasi partiyanın fəaliyyəti hərbi və ya fövqəladə vəziyyət başa çatanadək dayandırıla bilər”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button