Siyasi şəhidlik yolunu seçmişəm…

Vidadi İsgəndərli Prezidentə müraciət etdi

CƏNAB  PREZİDENT !

Sizə bildirirəm ki, 2007-ci ildən Azərbaycanda hüquq müdafiəçisi kimi fəaliyyətə başlamışam. Ölkəmizdə bir çox insanlarin pozulmuş hüquqlarının bərpası uğrunda mübarizə aparmışam.  Mənim iş  fəaliyyətim ölkə mətbuatında  öz əksini tapmişdır.  2010-cı ilin noyabr ayında Azərbaycanda kecirilən parlament seçkilərində 89 saylı Göyçay-Ağdaş dairəsindən müstəqil surətdə öz namizədliyimi irəli sürmüşdüm.  Qanuni hüquqlarımdan istifadə edərək, bir çox çətinliklərə və maneələrə baxmayaraq  seçicilərlə  goruşlər keçirdim.  Seçicilərə deputat seçiləcəyim halda ölkəmizdə  demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, korrupsiya və rüşvətə, məmur özbaşınalığına , ölkə xəzinəsini amansız talan edən maliyyə oliqarxlarına qarşı amansız mübarizə aparacağıma söz verdim.

Seçkinin nəticələri saxtalaşdırılacağı halda hüquqi müstəvidə yerli məhkəmə orqanlarına və Avropa Məhkəməsinə müraciət edəcəyimi demişdim. Seçkinin son nəticələri saxtalaşdırıldığından parlamentə seçilə bilmədim.

Seçki saxtakarlığını sübut edən hüquqi sənədlər, aidio-video lentlər disk şəklində toplanmış və 2011-ci ildə Avropa Məhkəməsinə göndərilmişdir.

5 nayabr 2010-cu il tarixdə İctimi televiziyadakı çıxışında Göyçay şəhər icra başçısı Mənsur Məmmədovun Göyçay əhalisinə  divan tutmasından, onun yaxın qohumu Nəqliyat Naziri Ziya Məmmədovun Göyçay rayonunda qanunsuz tikdirdiyi villalardan , Nəqliyat Departamentinin işçilərinin qanunsuz əməllərindən, məmur özbaşınalığına və hüquq mühafizə orqanlarının qanunsuz hərəkətlərinə son qoyulmasını qeyd edtmişdim. Bu tənqidi çıxışımdan sonra yerli İcra Başçısı, maliyyə oliqarxları və hüquq mühafizə orqanlarının rəhbərləri onları ifşa edtiyim üçün mənə qarşı birləşərək düşmənçilik mövqeyində durmuşlar.

Mən çıxışımda qeyd etdim ki, Göyçay Rayon icra başçısı Mənsur Məmmədov rayonun abadlaşdırılması, bir çox tikinti işlərinin başa çatdırılması üçün  sahibkarlardan tutmuş imkansız adamlara qədər hamıdan məcburi qaydada pul toplayır.

İcra başçısı ilə şəxsən görüşərək, insanların haqqını pozmamağa və bu hərəkətlərə son qoyulmağını tələb etdim. Qeyd etdim ki, əgər yuxarıdan belə bir göstəriş varsa, Bankda hesab açılsın, əhalinin maddi təminatlı hissəsi bu hesaba pul köçürsün və pulların hesabı komisiya tərəfindən dəqiq aparılsın. Sizcə kim haqlıdır ?

CƏNAB PREZİDENT! İcra başçısı Mənsur Məmmədov, yoxsa Hüquq Müdafiəçisi Vidadi İsgəndərov? Bütün bunlar haqqında Sizə çox saylı müraciətlər etmişəm. Ümid edirdim ki, müraciətim Sizə çatacaq və Siz tədbir görəcəksiniz. Hal-hazırda mən zindandayam, Mənsur Mənmmədov isə xarici dövlətlərdə, bahalı kurortlarda haram pullarla “GƏRGİN İŞ REJİMİNDƏN SONRA”  dincəlir. Mən həbsxanada olmağımla qürur duyuram, mənəvi rahatlıq tapıram, ona görə ki, mən Azərbaycan xalqına zülm edənlərə qarşı mübarizə aparıram. Bu yolun başlanğıcında boynuma kəfən keçirmişəm. Nəzərinizə çatdırıram ki, 2 fevral  2009-cu il tarixdə Sizin Göyçaya səfəriniz zamanı rayon icra başçısı Mənsur Məmmədov Göyçay şəhərini içməli su ilə təmin etməsi, qurğunu işə salması üçün düyməni basmanızı Sizdən xahis etmişdi. Həmin gündən uzun müddət keçməsinə baxmayaraq, bu günə qədər Göyçay xalqı içməli su tapmır. Əhali içməli suyu pulla alır.

CƏNAB PREZİDENT !

Yoxlayın, bəlkə mən yalan deyirəm? Əgər həqiqətdirsə Göyçay xalqı Mənsur Məmmədov barədə qəti tədbir görüləcəyi günü gözləyir. 2011-ci il tarixdə parlament seçkilərində kütləvi saxtakarlıq faktlarını aşkarlayaraq MSK–ya və Göyçay rayon məhkəməsinə müraciət etdikdən sonra  mənə qarşı seçki məntəqəsində komisiya üzvlərinin zinət əşyalarını oğurladığım haqqında protokol tərtib etdilər. Seçki komissiyasının və seçicilərin səsvermə hüquqlarını pozduğum üçün məni saxta ittihamla Az.Res.CM 159.4.1, 160.2.1 və 132 maddələri ilə cinayət işi açıblar (saxta və uydurma maddələrlə).

İstintaqda mənə qarşı ifadə verən 4 şahiddən 3-ü ruhi xəstədir, psixatiriya dispanserində qeydiyatdadirlar. Televiziya kanallarında korrupsiya, rüşvət, meyit alverində adları hallanan Baş Prokuror Zakir Qararalovun rəhbərlik etdiyi prokurorluq orqanlarının apardığı ağır cinayət işlərinin nəticəsidir ki, indi ruhi xəstələr məni qanuna riayət etməyə dəvət etmək barədə izahatı yazdırırlar. Qarşılığında isə Göyçay rayon icra başçısı Mənsur Məmmədov həmin şahidə (ruhi xəstə) torpaq sahəsi ayıraraq ev tikdirmək üçün ona maliyyə yardımı edir. Mənə qarşı 2010-cu ildə açılmış cinayət işi sübuta yetirilmədiyi üçün 2011-ci ilin yanvar ayında xitam edilib. 2011-ci ildə aprel ayında isə İctimai Palata tərəfindən demokratik islahatlar keçirilməsi şüarı ilə mitinq keçirən müxalifət tərəfdarlarının iştirak etdiyi mitinqdə içtimai nəzarət funksiyasını həyata keçirmək fəaliyyətimdən istifadə edərək, mitinqdə monitorinq keçirərkən polislər məni qanunsuz olaraq həbs ediblər. Telefon vasitəsi ilə çəkiliş edərkən telefonumu əlimdən alıb sındırdılar. Məhkəmə qanunu kobud surətdə pozaraq, mənə 2 apreldə 7 gün (sutka), 17 apreldə 15 gün (sutka) qanunsuz olaraq həbs cəzası verdi. İnsan haqlarını qoruyan Beynəlxalq Təşkilatlar bu kobud qanunsuzluqlara görə çox saylı bəyanatlar vermişlər.

Qanunsuz həbslərin və saxta ittihamların nəticəsidir ki, mənim adım artıq beynəlxalq hüquq müdafiə təşkilatları (Human Rights Watch, Amnesty İnternational, FreeLine və sairə) tərəfindən siyasi məhbuslar siyahısına əlavə olunmuşdur.

2011-ci ildə mənə qarşı uydurma ittihamlar yenidən başlayaraq,  Az.Res. CM 159.4.1 (seçki komisiyasının işinə mane olma), 160.2.1(seçicilərin öz iradəsi ilə səs vermə hüququna mane olma), 132 (adam döymə) cinayət işi açıldı.

Ruhi xəstəni döymədiyimin əyani sübutu var və bu sübutun istintaqa verilməsinə qarşı, dünya tarixində görülməyən metodlardan istifadə edilir. 2010-cu ilin noyabr ayında keçirilən parlament seçkiləri bütün məntəqələrdə, o cümlədən Göyçay seçki məntəqələrində seçki prossesi kameralar vasitəsi ilə izlənilib. Bu çəkilişlər əyani sübut kimi istintaqa verilmir. Nə üçün? Həqiqəti xalq bilir, həqiqəti bütün dövlətlər bilir, bilməyənlər də biləcək. Əgər bu həqiqətlərin Azərbaycan xalqının bilməsində maraqlısınızsa, bu çəkilişlərin İstintaqa  verilməsini təmin etmənizi xahiş edirəm. Baxmayaraq ki, Respublika Baş Prokurorun birinci müavini Rüstəm Usubovun  istintaqa verdiyi yazılı təqdimatı məhkəmənin gedişində hakim Elxan Süleymanov məhkəmə iştirakçılarına elan etdi. Rüstəm Usubov seçki zamanı kameralar tərəfindən çəkilmiş lentin istintaqa təqdim edilməsinə göstəriş vermiş, lakin hadisələri canlı qeyd etmiş lent gizlədilir. Sizə bildirirəm ki, məhkəmənin birinci günü məhkəmədə ABŞ səfirliyinin nümayəndəsi prosesi sona qədər izlədi. Ölkəmizdə fəaliyyət göstərən xarici ölkə səfirliklərinin də məhkəmə prosesini izləyəcəyi gözlənilir. Məhkəmənin ilk günündə məhkəmə prosesində çoxsaylı insanların iştirak etməsi, prosesin dünyanın aparıcı dövlətlərinin diqqət mərkəzində olması və proses zamanı zərərçəkmiş qismində dindirilən ruhi xəstə (şahid qismində) məhkəmədə məni tanımadıqlarını və mənim onlara heç bir zərər yetirmədiyimi bildirmişlər. Onlar ibtidai istintaqa verdikləri ifadədən imtina etmiş, bu ifadələri onları qorxudaraq, hədə-qorxu gələrək aldıqlarını söyləmişlər. Bundan qorxuya düşmüş ittiham tərəfi və ruhi xəstələrdən ibarət saxta şahid toplamaqda onlara köməklik edən yerli İcra Hakimiyəti təşvişə düşmüş, ifadə verdikdən sonra şahidləri İcra Hakimiyətinə çağıraraq, onlara hədə-qorxu gələrək, yenidən məhkəməyə qayıtmasını və ibtidadi istintaqa verdikləri izahatı dəyişdirilməsini tələb edirlər və əks təqdirdə onları həbs etməklə hədələyirlər.

Məhkəmə prosesi başlamazdan qabaq İcra Hakimiyətinin hüquq şöbəsinin müdirü Ruslan Əlizadə və Rəşad Şükürov məhkəmədə iştirak etmək istəyən insanların siyahısını tərtib edərək onların növbəti məhkəmə prosesində iştirak edəcəyi halda fiziki şəxslərə maliyyə hədə-qorxusu, dövlət sektorunda işləyənləri işdən qovmaq, digər şəxsləri isə müxtəlif vasitələr ilə həbs edəcəkləri ilə hədələyirlər.

Məhkəmə prosesində fasilə zamanı şahid qismində dindiriləcək Şəhadət və Qarabağlar kəndinə gələrək gələcəkdə dindiriləcək şahidlərə hədə-qorxu və təzyiqlər göstərilərək ibtidai istintaqda onlardan təzyiq vasitəsi ilə alınmış ifadələri təsdiq etməsini tələb edirlər, əks təqbirdə onları cəzalanacaqları ilə hədələyirlər.  Hesab edirəm ki, məhkəmənin gülünc sonluğu xarici dövlətlərin və  beynəlxalq insan haqları təşkiltlarının nəzərindən qaçmayacaq.

Azərbaycanı beynəlxalq səviyyədə gülünc günə qoymaq istəyənlər gec-tez layiqli cəzasını alacaqlar. Nəzərinizə çatdırıram ki, 4 aya yaxın müddətdir ki, qanunsuz zindanda yatıram, bu müddətdə sağlamlığıma və həyatıma qəsd təhlükəsi olub , mənə mənşəyi bəlli olmayan iynələr vurulub. Mən cinayətkar deyiləm, qanunları yaxşı bildiyimdən, qanunlara böyük hörmət edirəm. Əsl cinayətkarlar mənim həbsimə sifaris verənlərdir, əsl cinayətkarlar mənə saxta ittiham verənlərdir, əsl ciyarətkarlar mənə qarşı ədalətsiz hökm çixaranlar olacaq, əsl cinayətkarlar Azərbaycanı dünyada insan sivilizasiyasindan uzaq, qanunlara hörmət etməyən, hər saniyə insan haqlarınını kobud surətdə tapdalandığı imicini yaradan insanlardır. Bunu mən bütun dünyaya və Azərbaycan xalqına ədalətli zaman gələndə sübut edəcəm, əgər həyatıma namərdcəsinə sui-qəsd təskil edilməsə.

CƏNAB PREZİDENT!

Mənim həbsim siyasi xarakter daşıyır. Maliyyə oliqarxları korrupsiyalaşmış prokurorluq və ədliyyə sisteminin mənə qarşı maraqlarının üst-üstə düşməsi və siyasi razılıq əldə edildikdən sonra mən  həbs edilmişəm. Mənim siyası həbsim və mənə qarşı çıxarılacaq ədalətsiz hökmdən sonra BMT-nin İnsan Haqları Komitəsində və dünyanın nüfuzlu insan haqları təşkilatlarında, ABŞ Dövlət departamentinin İnsan Haqları Komitəsində öz əksini tapacağı buna sübut olacaq.

Mən bir hüquq müdafiəçisi olaraq, Azərbaycanda demokratiyanın inkişafı, insan hüquqlarının qorunması, məmur özbaşınalığına qarşı mübarizə aparmaq, siyasi şəhidlik yolunu seçmişəm. Mənim həyatıma qəsd olacağı halda siyasi məsuliyyət  Sizin üzərinizdə qalacaq.

HÖRMƏTLƏ:

HÜQUQ MÜDAFİƏÇİSİ VİDADİ İSGƏNDƏROV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button