Siyavuş Novruzov müxalifəti debata çağırdı

Siyavuş Novruzov

«İsa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək»

«Müxalifət partiyaları iddia edirlər ki, guya onlar televiziyalara buraxılmırlar, halbuki özləri gəlməyə qorxurlar. Debata onların heç biri çıxa bilmir. Halbuki indiyə qədər onlar neçə dəfə televiziya kanalları tərəfindən debatlara dəvət olunsalar da, son anda gəlməkdən imtina ediblər, öz müavinlərini, müşavirlərini və sair göndərəcəklərini deyiblər», – bu barədə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib.

“Müxalif partiyalar iddia edirlər ki, onlara efir verilsin və çıxış edərək öz təbliğatlarını aparsınlar. Bu isə mümkün deyil”, – Novruzov əlavə edib. «İsa Qəmbər də, Əli Kərimli də gəlsinlər televiziya debatlarına, diskussiya edək. Mən onlara ictimaiyyətin qarşısında sübut edim ki, onlar insanları qızışdırıb, yolundan azdırıb xarici dövlətlərdə işləməyə təhrik edən adamlardır», – YAP icra katibinin müavini vurğulayıb.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button