Siyavuş Novruzov və xanımı da cərimələndi- qalmaqallı toya görə-VİDEO

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin karantin dövründə keçirilən toyunda iştirak etdiyinə görə daha bir neçə tanınmış ictimai şəxs cərimələniblər.

Musavat.com-a daxil olan məlumata görə, karantin qaydalarını pozaraq toyda iştirak etdiklərinə görə, deputat Siyavuş Novruzov, onun xanımı, Ombudsman Səbinə Əliyeva və Filarmoniyanın direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Adıgözəlzadə də cərimələniblər.

Adıçəkilən şəxslər qanunu pozduqlarını etiraf ediblər. Hər üç şəxs İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 400 manat məbləğdə cərimə edilib.

Məlumatı DİN-nin mətbuat xidməti Musavat.com-a təsdiqləyib.

Sözügedən toydan videogörüntüləri təqdim edirik:

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button