Siyavuş Novruzovdan Naxçıvan olaylarına sərt reaksiya: “Bir çox adamlar yuyulmamış çömçə kimi…”

Milli Məclisin plenar iclasında söz alan komitə sədri Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikası ilə bağlı son vaxtlar səslənən fikirlərə, çıxışılara, yayılan xəbərlərə reaksiya verdi.

Deputat bildirdi ki, bu bölgədən seçildiyi üçün münasibət bildirməyi vacib sayır. “Bir çox adamlar yuyulmamış çömçə kimi özlərin ortaya atıblar” -deyən S.Novruzov dedi ki, Naxçıvan həssas bir zonadır və bunu nəzərə almaq lazımdır: “Azərbaycan Prezidenti nəyi, nə zaman, necə etmək lazımdır, hamıdan yaxşı bilir. Naxçıvanın həssas bölgədə yerləşdiyi nəzərə alınmalıdır. Bir tərəfdən İran, digər tərəfdən Ermənistanla ən böyük sərhəd Naxçıvan Muxtar Respublikası ilədir. Həssas bölgə ilə yanaşı, erməninin öyrətdiyi başqa-başqa adamlar çıxışlar edirlər, baş verənlərə münasibət bildirirlər”.

Komitə sədri qeyd etdi ki, Naxçıvan Muxtar Respublikasının sakinləri dövlətin, dövlətçiliyin arxasındasdır, prezidentin yolund şəhid olmağa hər an hazırdır. Ona görə də burada hər hansı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur”.

S.Novruzov əlavə etdi ki, hüquq mühafizə orqanlarının Naxçıvanda yoxlamalar aparmasını normal qəbul etmək lazımdır: “Bu günədək ölkədə 7 icra başçısı tutulub. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Ona görə də xahiş edirəm Naxçıvanla bağlı məsələnin həssaslığı nəzərə alınsın”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button