SOCAR-a yeni vitse-prezidentlər təyin olunub

Prezident İlham Əliyevin sərəncamı ilə Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.
Xatırladaq ki, ötən ayın ortalarında Dövlət Neft Şirkətinin (SOCAR) 12 vitse-prezidentindən dördü tutduqları vəzifələrindən azad edilib.

Bu barədə sərəncamları da məhz Azərbaycan Prezidenti İlham Əliyev imzalayıb.

Vəzifələrindən azad olunanlar SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, qurumun strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanovdur.

Bundan başqa SOCAR-ın geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov və vitse-prezident Mikayıl İsmayılov da vəzifələrindən azad ediliblər.

David Məmmədov və Mikayıl İsmayılov 2005-ci ildən, Tofiq Qəhrəmanov 2010-cu ildən, Bəhram Hüseynov isə 2016-cı ildən vəzifədə idi.

Onların indi işdən çıxarılma səbəbləri barədə açıqlama verilməmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button