ŞOK! Azərbaycanla-İsrail hərbi əməkdaşlığının sirləri açılır – «Wikileaks»

Sənəddə Azərbaycanın İsraildən aldığı sənədlərin siyahısı və şirkətlərin adları çəkilir

«Wikileaks» saytı Azərbaycanla bağlı olaraq yeni sənədlər açıqlayıb. Bu sənədlər son zamanlar Türkiyə ilə münasibətdə Azərbaycanın İsraillə münasibətlərinin yenidən qurulması tələbləri ortaya çıxdığı vaxta təsadüf edir. Sənəddə Azərbaycanla İsrail arasında qurulmuş gizli əlaqələrdən, həmçinin də iki ölkə arasında hərbi sahədəki əməkdaşlıqdan detallı olaraq söz edilir. 2008-ci ildə Bakıdan Vaşinqtona göndərilən gizli məktublarda İsraillə Azərbaycan arasında olan əməkdaşlıq barədə məlumat verilir

2008-ci ildə xanım Enn Dersi ABŞ Dövlət Departamentinə yolladığı məktubunda yazır: «Azərbaycanın israil ilə əlaqələri çox isti olmasa da, yaxındır. Hər iki ölkənin oxşar qeopalitik çətinlikləri var və hər iki ölkə İranı xarici təhlükəsizliyinə təhlükə kimi görür. Avropa, Rusiya, Amerika Birləşmiş Ştatları tərəfindən böyük silah ehtiyacları ödənilməyən Azərbaycan, güclü hərbi sənayesi olan, öz müştərilərini cox da sıxma- boğmaya salmayan İsrail üçün cox ideal tərəf müqabilidir. Bunun bir cox səbəbləri var, əsasən də Ermənistanla və Dağlıq Qarabağda baş verən hadisələrlə bağlıdır. Azərbaycan prezidenti Əliyevin cox dəqiq dediyi kimi, bu sadəcə aysberqin görünən tərəfidir, problemin onda doqquzu isə gizlindədir. Əlaqələrin praqmatikliyi Azərbaycanın İsraili dövlət kimi tanımasında və eyni zamanda sərt açıqlamaları və İslam Dövlətləri Konfransında içtirakı ilə nəzərə çarpır.

Açıqlanan digər bir sənəd isə  diplomatik yazışmalar, səfirliyin Bakıdakı israil əməkdaşları və israil problemləri ilə bağlı demarşlarla çıxış edən Azərbaycan xarici işlər nazirliyinin məmurlarının qarşılıqlı əlaqələri əsasında qurulub.  Bakıdan Vaşinqtona göndərilən gizli sənəddə səfir yazır: «İsrail kimi Azərbaycan da, öz təhlükəsizliyinə İranı əsas hətta deyərdim ki ən əsas təhlükə kimi görür. Hər iki dövlətin əməkdaşlığı bu həqiqəti dərk etməkdən keçir.İsrailin Bakıdakı səfiri (Amerikada doğulmuşdur) Artur Lenk, tez – tez öz ölkəsinin qara yumorla pərdələnmiş mütəəsirliyini “ Əgər imkan olsa idi biz cox məmnuniyyətlə öz qonşularımızı Azərbaycan ilə əvəz edərdik” cümləsi ilə çatdırırdı. Hətta acıq mənbələr bu iki dövlət arasında geniş əlaqələr olduğunu qeyd edir və kəşfiyyat idarələri bu əlaqələrin Heydər Əliyevin vaxtında qurulduğunu iddia edirlər.  Bu əlaqələrlə bağlı fakt əməkdaşlığın əsasən bu sahədə olmasına dəlalət edir, baxmayaraq ki iki tərəf də bunu inkar edir». 

– Azərbaycanın hakim dairələri Bakıda İsrailin maraqlarını qətiyyətlə qoruyurlar. Məsələn, Bakıdakı səirlik missiyasının başçısının müavini səfirlik əməkdaşına danışırdı, Qəzza Sektorunda əməliyyatlar zamanı hökumət səfirliyin təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. Admnistrasiya yanvarın 2 – ndə keçiriləcək nümayişdən xəbər tutan kimi polislə dolu  avtobusları göndərib və nümayişçiləri həbs edib. Polis150 nümayişçidən 25 – ni həbs etdi və onların 20 – si 10 gündən 15 günə qədər həbs cəzası aldılar. Misal üçün göstərmək olar: rəsmi Bakı İran səfirliyinin qarşısında, İranda Azərbaycanlıların hüquqlarının pozulması ilə bağlı keçirilən piketlərə toxunmur. Dekabrın 2 – si keçirilən nümayişlə bağlı İsrail səfiri bizə dedi ki,  “ heç bir nümayişçi görməyib”, heç bir xahişlə heç yerə müraciət etməyib ki, bu xahişə əsasən kimsə həbs olunsun.

Elə həmin tarixdə Bakıdan göndərilən başqa bir məxfi məktubda Azərbaycanla İsrail arasındakı hərbi texnika alış-verişi barədə ətraflı məlumat verilir:

– İsraillə six əlaqələri olduğuna görə, Azərbaycan yeni nəsil silah növləri əldə edir və ordusunun silah təchizatını dahada mükəmməlləşdirir. Bəzi hüquqi maneələrə görə, o texnikanı Amerikadan və Avropadan ala bilməz. Eks- sovet respublikaları olan Belarus və Ukrayna da onlara bu texnikanı verə bilmir. Dağlıq Qarabağda müharibənin qızışacağı qorxusu ilə Avropanın digər ölkələri Azərbaycana yerüstü hərbi sistemləri satmadığı halda , İsrail istədiyi zaman əhəmiyyətli silah sazişləri bağlamağa azaddır və silah alıcıları olan varlı müştərilərdən xeyir götürür. 2008- ci ilin sentyabr ayında Azərbaycan səssiz- küysüz İsrail müdafiə nazirliyi ilə böyük saziş imzaladı. Bu sazişə əsasən üç İsrail şirkətinə, Azərbaycana minaatanlar, hərbi sursat, reaktiv qurğular və rabitə avadanlıqları satmağa icazə verildi. “Soltem” şirkəti minaatan və hərbisursat satışına, “Tadiran Communications” rabitə ləvazimatı,” İsrael Military İndustries” raket satışına icazə aldı.Onlar geniş miqyasda reaktiv raketlər, köhnə sovet 122 mm- lik “ Qrad” (BM-21) sistemlərinin modernləşdirilməsini, 122 –300 mmraketlərin tuşlayıcı kompleksini və 300 mm- lik raketlərin buraxılma avadanlıqlarını təklif edirdilər. Azərbaycanın dəqiq nə aldığı bilinmir, lakin yüz milyonlarla dollarlıq sazişin imzalandığı bilinir. Azərbaycan artıq “İsrael Military İndistruies” şirkətindən 122 mm-lık ağır“ Kamaz63502”  quraşdırılmış “Lynx” yaylım atəşi sistemləri alıb.

Daha sonra isə sənəddə yazılır ki, ABŞ müdafiyə nazirliyinin axırıncı hesabatına əsasən, Azərbaycan bir İsrail şirkəti ilə pilotsuz təyyarə istehsal etmək üçün şərikli müəsisə qurub. Bu müəsisənin 51% Azərbaycana məxsus olacaq.

Bundan başqa səfirin Vaşinqtona yolladığı daha bir məxfi qrifli məktubunda isə Azərbaycanla İsrail münasibətlərdən söz açılır. Məktubda İsraillə Azərbaycan dövlətləri arasındakı münasibətlər islam konteksində qiymətləndirilib: «2008 – ci ilin may ayında kənd təsərüfatı naziri Şalom Simxonun Bakıya səfəri baş tutdu. İsrail əlaqələri, bizə prezident Əliyevin bu iki tərəfli əlaqələrin dəqiq göstəricilərini bu ifadə “ On da doqquzu qıraq üçün gözlə görünməyən Aysberq” ilə göstərmişdir. Bu ifadə dəqiqdir, axı Bakı, İsraillə dostluq  əlaqələrini İslam Konfransı Təşkilatının qarşısında götürdüyü şərtlər əsasında qurur. Ona görədə Azərbaycan İsraildə səfirlik yerləşdirmir, itaətkarca (amma zəif) İsrailin Fələstində və Livanda apardığı hərbi əməliyyatları tənqid edir, beynəlxalq aləmdə isə İranın qəzəbləndirməmək üçün, İTK – nin xəttını müdafiə edir».

Başqa bir sənəddə isə İsraillə Azərbaycan münasibətlərinin daha detallı və şərhli forması göstərilir. «Ölkələr arasında doğrudanda sərhədlər var, lakin bu israil kapitalının və ya yatırımçılarının Azərbaycanda hansısa sıxıntıda olduqlarına dəlalət etmir. ( Bu heçdə burada yatırım qoyan başqa dövlətin vətəndaşlarına nisbətən İsraili xüsusi vəziyyətdə olduğuna dəlalət etmir. İsrail missiyasının müavini bizə yumor hissi ilə isarail biznesmenlərinin qazax korrupsiyasını azərbaycan korrupsiyasından üstün tutduqlarını deyirdi. Axı Qazaxıstanda bizneslə məşğul olmaq üçün böyük rüşvət vermək lazımdır, adəcə bir dəfə, Azərbaycanda isə rüşvət verməyin axırı yoxdur, hər dəfə vermək lazımdır. İsrail Azərbaycan əlaqələri dəqiq praqmatizm  və prioritetlərin aydın qiymətləndirilməsi əsaslarında qurulur. İsrailə Azərbaycan İrana qarşı  müttəfiq kimi, onun əraziləri kəşfiyyat üçün, özü isə bir silah alıcısı kimi lazımdır. Bu hədəflərə çatmaq üçün israillilər  Azərbaycanın İTK- ı çərçivısində hərəkət etməsini başa düşmək məcburiyyətindədir.Azərbaycan İsrail kimi güclü və dost olmayan qonçuların əhatəsindədir. İsrail ikinci dərəcəli məsələlərdə Azərbaycana təzyiq etmir ki, əsas məsələdə istədiyini alsın. Bizə aydındır ki, hər iki tərəf bu mövqedən razıdır».

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

 

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button