ŞOK! Türkiyədə 3400 PKK-çı ələ keçirildi

Ordu və jandarma genişmiqyaslı əməliyyatlara başladı

 Türkiyədə terror təşkilatı PKK ilə bağlı böyük şok yaşandı. Dünən bütün türk mediası 3400 PKK-lının həbs edildiyi xəbərini yaydı. Xəbərlərdə PKK-nın son əməliyyatların ardından yaxşıca küncə sıxışdığı bildirildi. Bu yaxınlarda isə PKK əməliyyatlardan çətin duruma düşdüyündən tərəfdarlarına «dağlara çəkilin» əmri vermişdi. Dünən türk polis xüsusi qüvvələri ilə ordu birləşmələri Hakkaridəki Kavaklı düşərgəsi ilə Şırnakın Kato dağında olan yeraltı sığınacaqları və ərzaq anbarlarını darmadağın edib.

Məlumatlara əsasən, Doğu və Güneydoğuda polis idarələrinə təslim olan minlərlə PKK-çı artıq silahı yerə qoyublar. Artıq təslim olanlar bildirirlər ki, xeyli sayda insanlar PKK düşərgələrindən qaçmağa çalışırlar.

Türk mətbuatı dünən belə bir məlumat yaydı ki, Öcalanla vəkillərinin görüşünə icazə verilməyib və ard-arda keçirilən əməliyyatlardan sonra terrorçular dağlara qaçmaq istəyiblər.

Dünənki məlumatlarda bildirilirdi ki, Hakkaridəki Kavaklı düşərgəsindən sonra Şırnakta jandarma qüvvələrinin keçirdikləri əməliyyat nəticəsində kod adı «Cudi» olan və əsasən PKK-nın Şırnak sorumlusu olan Nihat Qırmızı öldürülüb. Təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində Şırnakın Cevizözü mövqeyində şənbə günü 10 terrorçunun qaçmağa cəhd etdiyi təsbit olunub. Şırnak Valisi Vahdəttin Özkan təhlükəsizlik konfransında bu barədə məlumat verəndən sonra əməliyyatlar başlayıb.

Vali Özkan, Şırnak 23. Jandarma Sərhəd Diviziya komandiri general İlhan Bölük, İl Jandarma Komutanı və Təhlükəsizlik Müdiri ilə əməliyyatın detallarını təyin ediblər. Snayperlərdən ibarət olan jandarma və polis xüsusi qoşun birləşmələri, Cevizözü mövqeyində terroristlərə qarşı pusqu qurublar. Əməliyyat nəticəsində termal kameralar vasitəsilə 2 terroristin qabaqda, 8 terrorçunun arxadan hərəkət etdiyi müəyyən olunub. Bu zaman terroristlərin atəş açması nəticəsində qarşıdurma baş verib.

Bu zaman PKK-nın Şırnak üzrə komandiri Zana kod adlı Nihat Kızıl vurularaq öldürülüb. AK Partiyanın Kızılcahamam düşərgəsində danışan daxili işlər naziri İdris Naim Şahin terrorla mübarizə mövzusunda təəccüblü məlumatlar verib. Terroru olmadan önləməyə istiqamətli tədbirlərə üstünlük verdiklərini ifadə edən Şahin, Bingöl, Diyarbakır və Antaliyada son bir ay ərzində ələ keçirilən patlayıcılara diqqət çəkib.

Son 1 ay ərzində ələ keçirilən partlayıcıların siyahısını verən Şahinin, «23 Sentyabrda Bingöldə 120 kq partlayıcı ələ geçirilirdi. 30 sentyabrda Diyarbəkirdə 100 kq partlayıcı ələ keçirilib. 4 Oktyabrda Antaliyada partlayıcı yüklü bir vasitə tutulub. Əgər bunlar həbslə ələ keçirilməsəydi, Allah bilir Türkiyədə nələr olardı» deyə bildirib.

«Bu günə qədər 3 min 400 terrorçu ələ keçirdik. Bunların 2 min 400-ü özbaşlarına gələrək təslim oldu. Min dənəsi isə qonşu ölkələr başda olmaq üzrə bəzi ölkələr tərəfindən bizə təslim edildi. Terror təşkilatında bir çöküş və qaçış olduğu görülür. Təşkilatda ciddi bir narahatlıq var. 3 min 400 teröristin təşkilatdan qaçması böyük rəqəmdir» deyə Şahin əlavə edib.

AK Partiyanın Kızılcahamamda qurulan düşərgəsində Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu PKK terror təşkilatına istiqamətli olaraq aparılan diplomatik səylərdən danışıb. Bu barədə çıxış edən Davudoğlu «İraq və Suriya artıq PKK-ya dəstək vermir. PKK bölgədə tək qalıb. Terrorçular Kandil dağına sıxışıb qalıblar» deyə bildirib.

Xarici işlər naziri türk hava qoşunlarının İraq ərazisinə girərək PKK düşərgələrini bombalamasına da diqqət çəkib. Deyib ki, biz hava sərhədlərini pozsaq da, hər kəs haqlı olduğumuzu görüb susdu.

“Xural” qəzeti,

il 9, sayı: 063 (473), 18 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button