Son 10 ilin ədəbi yekunları

Professional Oxucu Liqası son onilliyin (2000-2010-cu illər) ədəbi yekunlarını elan edir

Bəri başdan qeyd edək ki, heç bir yalançı ekspertlər şurasının rəyindən istifadə olunmayıb. Yekunun nəticələrini elan etmək üçün qabaqcadan heç bir girdirmə Təşkilat Komitəsi yaradılmayıb və bu Komitəyə hansısa mücərrəd kriteriyalar müəyyənləşdirmək səlahiyyəti verilməyib. Yalandan heç bir anket sorğusu keçirilməsi görüntüsü yaradılmayıb. Heç bir ədəbi generala yekunun nəticələrinə müdaxilə etmək imkanı verilməyib. Ədəbi ictimaiyyəti aldatmağa çalışmamışıq, “ictimai müzakirəyə səbəb olmuş”, “ədəbi tənqiddən peşəkar resenziyalar almış” kimi şablonlaşmış məsələləri də nəzərə almamışıq. O cümlədən nəticələrin alınmasında Türkmənistan kimi xarici ölkələrdə nəşr olunma, mental ajiotaj, yerli və xarici tənqiddən rəy alınması kimi prinsiplər də vacib bilinməyib. Sırf Professional Oxucuların gəldiyi qənaətin nəticələrini sizlərə təqdim edirik. Tipik Azərbaycan müsabiqələrindən fərqli olaraq, sonadək obyektiv və qərəzsiz olmağa çalışmışıq.

On illiyin ən intellektual və oxunaqlı qəzeti “Realnıy Azerbaydjan” olmuşdur.

On illiyin ən dəqiq, qərəzsiz və vicdanlı media orqanı faktxeber.com saytı olmuşdur.

On illiyin ən məhsuldar və oxunaqlı publisisti Zamin Hacı olmuşdur.

Onilliyin ən uğurlu ədəbi hadisəsi “Alatoran” hərəkatı olmuşdur.

Azərbaycan ədəbiyyatının xarici ölkələrdə təmsil olunması sahəsində ən böyük işi Səlim Babullaoğlu görmüşdür.

On il ərzində ədəbi tərcümə sahəsində ən böyük işi “Xəzər” jurnalı redaksiyası görmüşdür.

Onilliyin ən sanballı kulturoloji-analitik orqanı “Tənqid.net” olmuşdur.

On il ərzində rusdilli internet məkanın ən oxunaqlı saytı zarubezhom.com olmuşdur.

On il ərzində Azərbaycan mediasında yetişmiş Stoleşnikov səviyyəsində yeganə yazar Elmar Hüseynov olmuşdur.

On il ərzində ortaya çıxmış dünya səviyyəsində nəsr yazarları aşağıdakılar olmuşdur:

1. İlqar Fəhmi;
2. Aslan Quliyev;
3. Pərviz Yusif.

Onilliyin ən yaxşı şairləri aşağıdakılar olmuşdur:

1. Rasim Qaraca;
2. Salam Sarvan;
3. Elxan Zal Qaraxanlı.

Ədəbi aləmə ən böyük kulturoloji töhfəni Kamal Abdulla rəhbərlik etdiyi Slavyan Universitetinin nəzdində Yaradıcılıq fakultəsi yaratmaqla vermişdir. Araşdırmalar göstərir ki, onun rektoru olduğu Slavyan Universiteti qısa bir zaman kəsiyində Azərbaycan elm və mədəniyyətinin inkişafında müstəsna rol oynamışdır.

Onilliyin ən böyük maraq doğuran məqaləsi “Bokanın nəğmələrindəki şəhər” yazısı olmuşdur.

Son on il ərzində ən dəyərli ədəbi kitablar “Qanun” nəşriyyatında nəşr olunmuşdur.

On il ərzində ərsəyə gəlmiş yeganə normal pedaqoji dərsliklər “Altun Kitab” nəşriyyatının nəşrləri olmuşdur.

Onillik ərzində ortaya çıxan, Azərbaycan ziyalısının stolüstü kitabına çevrilməli kitablar aşağıdakılardır:

1. Həmid Herisçi, İlhamiyyə Rzayevə: “Gecə kanalı”;
2. Sultan Məmmədov, “Masonluq: dünyanı idarə edən qüvvə”;
3. Tədqiqatçı Yaşar Əsədovun tərcüməsində Con Kelmanın “Sui-qəsdçilərin ierarxiyası: Komitet 300-ün tarixi” (hələlik elektron variantda).

Bu kitabları oxumayan jurnalist özünü jurnalist hesab edə bilməz.

Ədəbiyyat adına manipulyasiya edən qəzet “525-ci qəzet” olmuşdur.

YEKUN. Professional Oxucu Liqası aşağıdakı kitabları oxumayan jurnalistləri jurnalist hesab etmir:
1). Həmid Herisçi, İlhamiyyə Razyeva, “Gecə kanalı”.
2). ”Sion müdriklərinin protokolları”;
3). Con Kelman, “Sui-qəsdçilərin ierarxiyası: Komitet 300-ün tarixi”.

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 6-12 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button