Rubrikalar: GÜNDƏM XuralTAC

Son 24 saatda koronavirusdan ölənlərin sayında rekord artım-SİYAHI

Koronavirus pandemiyası (COVİD-19) son 24 saatda rekorda imza atıb.

“Report”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, ölü sayı dünyada bu müddət ərzində 2 378 nəfər artaraq 21 292-yə çatıb.

Eyni zamanda xəstəliyə yoluxanların sayında da ciddi artım müşahidə olunub. Dünya üzrə yoluxma faktı 50 min artaraq 472 minə çatıb.

İtaliyada ölü sayı 7 503-ə yüksəlib. Yoluxanların sayı isə 57 521 nəfərdir. Bu rəqəmə ölən və sağalanları daxil etdikdə virusa yoluxanların sayı ümumilikdə 74 386 nəfərə çatıb.

İspaniyada pandemiya səbəbindən 3 647 nəfər həyatını itirib. Son 24 saat ərzində ölənlərin sayı 938 nəfər olub. İspaniya, Çin və İtaliyadan sonra ən çox insan ölümü qeydə alınan ölkədir.

Fransada ölü sayı 1 100 nəfərə qədər artıb. İranda da vəziyyət ürəkaçan deyil. Qonşu ölkədə son 24 saatda 143 insan vəfat edib. Bununla da ölü sayı 2 077-yə çatıb. İranda virusla əlaqəli saxta spirtli içkidən zəhərlənərək ölənlərin sayı isə 255 nəfərə çatıb.

İngiltərədə isə virus səbəbindən 465 nəfər ölüb. Ölkə üzrə yoluxanların sayı isə 8 939 nəfərə çatıb. Almaniyada insan tələfatı 206 fakt üzrə qeydə alınıb. Ümumilikdə 33 570 nəfərdə koronavirus aşkarlanıb.

ABŞ-da ölü sayı 1 000 nəfəri keçib. Yoluxanlara gəlincə, bu göstərici son 24 saatda 8 757 nəfər artaraq 66 942-yə çatıb.

Rusiyada isə 626 nəfər virusa yoluxub, 3 nəfər dünyasını dəyişib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Rusiyada 302 yeni koronavirusa yoluxma faktı qeydə alınıb

Rusiyada 302 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Operativ Qərargah məlumat verib. Yoluxanların əksəriyyətinin Moskvada qeydə alındığı bildirilir. Son…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa necə qalib gəlməli…

Кoronavirus dünya boyu yayılıraq bütün planetdə panika yaradıb: hər gün minlərlə yeni yoluxma və ölüm faktları açıqlanır. Xeyli sayda şəhər…

30 Mart 2020
  • GÜNDƏM
  • KÖŞƏ YAZARLARI
  • XuralTAC

Koronavirus təhlükəsi və distant təhsil-MÖVQE

Koronavirus epidemiyası özü ilə çoxlu bədbəxtçiliklər gətirdi, lakin bir sıra əyər-əskiklikləri də üzə çıxartdı. Aydındır ki, onun birbaşa önündə duran…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Koronavirusa yoluxub-sağalan Fatih Terim evə buraxıldı

Koronavirusa yoluxan "Qalatasaray"ın baş məşqçisi Fatih Terimdən xəbər var. Xural.com musavat.com-a istinadən xəbər verir ki, baş məşqçi artıq evə buraxılıb.…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

İlham İsmayıl yazır: “Nifrət virusu niyə dezinfeksiya olunmur?”

Səməd Seyidovun “Etikxeber.az” saytına verdiyi müsahibə və AŞPA-nın prezidenti Rik Daemsə yazdığı məktubla tanış olanda bir daha əmin olmaq mümkündür…

30 Mart 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 634 mindən çox insan koronavirusa yoluxub-ÜST

29 mart tarixi, Cenevrə vaxtı ilə saat 10:00-a (Bakı vaxtı 13:00) olan məlumata görə, dünyada 634 835 nəfər yeni növ…

30 Mart 2020
Xural.COM