“Sosial evlər” üçün aşağı qiymət təklifi – aylıq 100 manat

Sosial evlər

Milli Məclisin iclasında deputat Əli Məsimli bildirib ki, son 10 ildə Azərbaycanda sosial ipoteka ilə ev alanların sayı 4 min nəfərdən artıqdır. 

Strateq.az xəbər verir ki, deputat  sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etməyin mümkünlüyünü vurğulayıb.

“Hesab edirəm ki, sosial evlər layihəsi ilə ev alanların sayı sürətlə artacaq. Bunun üçün “ASAN xidmət” kimi, sosial evlər layihəsinin də Azərbaycan modeli yaradılmalıdır. Bunun üçün məqsədli planın hazırlanması, atılacaq addımların müəyyənləşdirilməsi və maliyyələşmə imkanlarının yaradılmasına xüsusi diqqət yetirilməlidir. Sosial evlər layihəsində xarici maliyyə mənbələrindən də istifadə etmək olar”.

Ə.Məsimli qeyd edib ki, sosial evlər layihəsinin icrasına başlanan zaman ölkədə ali təhsil müəssisələrinin, sənaye obyektlərinin Bakı şəhərinin kənarına köçürülməsi məsələsi nəzərə almalıdır: “Azərbaycanda orta aylıq əmək haqqı 500 manatdan azdır. Büdcə təşkilatlarında çalışanlar 200-300 manat əmək haqqı alır. Regionlarda əhalinin gəliri isə ölkədəki orta aylıq əmək haqqından 1,5-2 dəfə aşağıdır. Bunu nəzərə alaraq sosial evlər layihəsinin icrasına başlanan zaman kirayə haqlarının 100 manat və ya bundan aşağı məbləğdə müəyyən edilməsini təklif edirəm”.

Aruz

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button