SPƏM: “Azərbaycan Avropaya inteqrasiyadan uzaqlaşır”

Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin (SPƏM) növbəti yığıncağı keçirilib. ALP-nin mətbuat xidmətindən xural.com-a daxil olan məlumata görə, yığıncaqda KXCP sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, BAP sədri Elşad Musayev, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev iştirak edib.

Yığıncağda noyabrın 22-də Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramı üzrə V sammitinin nəticələri müzakirə olunub.

SPƏM Azərbaycanın hələ ikitrəfli müqaviləni belə imzalamadığıni pisləyib. SPƏM hesab edir ki, Azərbaycan hakimiyyəti bununla da Avropaya integrasiyasından uzaqlaşır və Qərb dəyərlərindən, insan hüquq və azadlıqlarının, demokratiyanın qorunması dəyərlərindən bəhrələnmək fikirində deyil.

Bundan başqa toplantıda ölkədəki içtimai-siyasi vəziyyət, gündəmin digər aktual məsələləri müzakirə olunub.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button