SSRİ-nin saxlanılmasının lehinə və əleyhinə olan deputatlar – KİM KİMDİR?!

1991-ci ilin martında SSRİ-nin saxlanılması əleyhinə 43 deputat (İstiqlalçı deputatlar), 7 ay sonra isə Müstəqillik Aktını 258 deputat dəstəkləyib

1990-cı il hadisələri, SSRİ daxilində baş verənlər, Azərbaycanda xalq hərakatının başlaması müstəqilliyə gətirib çıxardı. Azərbaycan müstəqillik əldə etmək üçün çox ağır yol keçib.

24saat.org xəbər verir ki, 1991-ci ildə martın 17-də keçmiş SSRİ-nin bütün respublikalarında o cümlədən də Azərbaycanda “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib.  Referendumda iki sual qoyulmuşdu:

  1. SSRİ qalsın, Azərbaycan da onun tərkibində yaşasın.
  2. SSRİ dağılsın, Azərbaycan müstəqil olsun. 

Referendumun keçirilməsi ilə bağlı səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerdə qalan 300-dək deputatın böyük əksəriyyəti biz “SSRİ-ni istəyirik” mövqeyini bölüşüblər, 5 nəfər isə bitərəf qalıb.

Müstəqillik tərəfdarı olanlar sırasında eks-prezident Heydər Əliyev də var. Həmçinin onun təşəbbüsü ilə referndum Naxçıvanda keçirilməyib. SSSR-i tərəfdarları sırasında isə hazırda parlamentin komitə sədrləri Arif Rəhimzadə və Eldar İbrahimov, Baş nazirin müavini Əli Həsənov, deputat Zeynəb Xanlarova, Su və Meliorasiya komitəsinin sədri Əhməd Əhməzdzadə, deputat Madər Musayev kimi hazırda yüksək post tutan şəxslər də var. Bu şəxslərin müstəqilliklə bağlı mövqeyi Heydər Əliyevin mövqeyinin tam əksinə olub. 

SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsinin əleyhinə səs verənlər:

(Bu şəxslər Azərbaycanı SSRİ-nin tərkib hissəsi hesab etmədikləri üçün ümumiyyətlə belə bir referendumun keçirilməsini məqsədə uyğun hesab etməyiblər:

  1. İxtiyar Şirinov – keçmiş baş prokuror, MKP sədri
  2. Firudin Cəlilov – keçmiş Təhsil naziri
  3. Dilarə Əliyeva – mərhum jurnalist
  4. Füzuli Axundov
  5. Aydın Məmmədov – mərhum publisist
  6. Əyyam Musayev
  7. Vaqif Novruzov
  8. Vahid Əhmədov – millət vəkili
  9. Ramiz Fətəliyev
  10. Cümşüd Nuriyev – VHP Ali Məclisinin keçmiş sədri
  11. Məmməd Xələfov
  12. Etibar Məmmədov – AMİP sədri
  13. Nəriman Həsənzadə – xalq şairi
  14. İsa Qəmbər – Sabiq Müsavat başqanı
  15. Sabir Rüstəmxanlı- VHP sədri
  16. Tofiq Bağırov
  17. Mürşüd Məmmədli – Gəncənin keçmiş (mərhum) icra başçısı
  18. Şadman Hüseynov – mərhum AMİP-çi
  19. Faiq Baxşəliyev
  20. Mirmahmud Fəttayev- KXCP sədri
  21. Ədalət Rəhimov – mərhum
  22. İsgəndər Həmidov -keçmiş Daxili İşlər naziri
  23. Mətləb Mütəllimov- Sosial Ədalət Partiyasının sədri
  24. Tahir Əliyev
  25. Rəhim Qazıyev- keçmiş Müdafiə naziri
  26. Tamerlan Qarayev- İndoneziyadakı səfir
  27. Eldar Bağırov
  28. Tofiq Qasımov- keçmiş Xarici işlər naziri, mühacirətdə yaşayır
  29. Məryəm Həsənova- təqaüdçü, (bu il vəfat edib)
  30. Arif Hacılı- Müsavat başqanı
  31. Tahir Kərimli- Vəhdət Partiyasının sədri, deputat
  32. İsmayıl Şıxlı – mərhum yazıçı
  33. Yusif Səmədoğlu – mərhum yazıçı
  34. Maşallah Abdullayev
  35. Hacıbaba Əzimov- VAMBP sədri
  36. Bayram Bayramov
  37. Hicran Kərimli
  38. Heydər Əliyev- Eks prezident
  39. İbrahim İbrahimli
  40. Allahverdi Həsənov
  41. Sülhəddin Əkbər – müstəqil politoloq
  42. Şahmərdan Cəfərov – mərhum AXC fəalı
  43. Fərəc Quliyev – deputat,

SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsinə bitərəf qalanlar

  1. Arif Əliyev
  2. Rəsul Quliyev – Eks spiker, ACP sədri
  3. Kamilə Həsənəliyeva
  4. Mübariz Abbasov
  5. Xudaverdi Hənifəyev.

SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirilməsinin leyhinə səs verənlər şəxlərindən bəziləri isə bunlardır: 

1. Arif Rəhimzadə – deputat
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki sabiq səfiri
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini
4. Fikrət Sadıqov – “Azərkimya” DŞ-nin keçmiş prezidenti
5. Samur Novruzov – sabiq deputat, vəfat edib
6. Eldar İbrahimov – deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
8. Gülnarə Qurbanova – sabiq deputat
9. Mixail Zabelin – deputat
10. Sultan Məmmədov – sabiq deputat, biznes fəaliyyətilə məşğuldur
11. Zeynəb Xanlarova – Xalq artisti, deputat
12. Madər Musayev – deputat
13. Yaşar Rzayev – sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı
14. Gennadi Timoşenko – sabiq deputat
15. Həsən Həsənov – keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir
16. Əli Həsənov – Baş nazirin müavini
17. Şair Həsənov – Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir
18. İrşad Əliyev – sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı
19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
20. Aslan Süleymanov – sabiq deputat
21. Arif Ağayev – Yasamal və Samuxun keçmiş icra başçısı
22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı
24. Tapdıq Kamalov – sabiq deputat
25. Rüfət Əsədov – Nazirlər Kabinetində sabiq şöbə müdiri
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
27. Arif Mövsümov – Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib
28. Cahangir Hüseynov – sabiq deputat
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
30. Telman Orucov – Sabiq deputat
31. Çingiz Sadıqov – sabiq deputat, vəfat edib

Bu hadisədən təxminən 7 ay sonra isə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı müzakirəyə çıxarıldı. Bəzi deputatlar sessiyaya qatılmadığı üçün səsvermənin adbaad keçirilməsi təklifi irəli sürüldü. Amma deputatların əksəriyyəti buna ehtiyac olmadığını bildirdilər. İki gün ərzində 32 maddənin hamısı ayrı-ayrılıqda müzakirə edilib, səsvermə ilə qəbul edildi. Sessiyanın gedişi ölkə televiziyası ilə birbaşa yayımlanırdı. Oktyabrın 18-də axşamüstü, nəhayət, tarixi an baş verdi.

Azərbaycanın Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı bütövlükdə səsə qoyuldu. Adbaad səsvermə zamanı 350 deputatdan 258 nəfər həmin iclasda iştirak edib. Səsvermənin nəticəsi ayaqüstə alqışlarla qarşılanıb. Hadisədən dərhal sonra Azərbaycanın müstəqilliyinin dünya birliyi tərəfindən tanınması prosesi başlanılıb.

24saat.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button