“Stalinizm” siyasətinin erməni davamçıları

“Rusiya-erməni strateji və ictimai dəstək təşəbbüsləri” mərkəzi bu funksiyanı icra edir

1920-1950-ci illər aralığında keçmiş Sovetlər Birliyi Türküstan (Orta Asiya), Ural, Sibir, Altay və Azərbaycanda ən bəsit, uydurma “ittihamlar”dan biri də insanları süni şəkildə “PANTURANİZM”, “PANTÜRKİZM” və “TÜRKİYƏYƏ CƏSUSLUQ”-da suçlamaq idi. Bu addımları atmaqla on minlərlə yurdsevər insanlar sübut-dəlil olmadan qurşunlanmış və  sürgünlərdə çürüdülmüşdü. Bolşeviklərin ideoloji babası Volodya Leninin özü bu qədər qəddar və amansızlıq etməmişdi. Bu ittihamların əsas icraçısı genetik mənşəyi terrorla yoğrulmuş ermənilər olublar. XX yüzilin başlanğıcında Türküstanda erməni terrorizmini gerçəkləşdirmək üçün “Daşnaksütyun” təşkilatının yaradılması, sonra ingilislərlə və Rusiyanın “Ağ Qvardiyaçı” neoimperialist hərəkatları ilə birlikdə “Sentro Kaspi” siyasəti adı altında 1916-1920-ci illərdə kütləvi qətlləri məhz ermənilər icra etmişdir. Bu yöndə yüz minlərlə faktlar mövcuddur. 1920-ci ildə Türküstanın işğalından sonra, daşnaklar cildlərini dəyişərək “Qırmızı Terror”un başında keçdilər. Bu prosesin başında İosif Stalin və bütün məkrli siyasətlərini terror yolu ilə həyata keçirən Levon Mirzoyan və onun komandanlığı altında NKVD-nin nəzarətindəki “erməni xüsusi cəza dəstələri” olmuşdur.

Ənənəvi “təxribat”ların anatomiyası

Bu gün Türküstanda Çarlıq Rusiyası və Sovet Rusiyası tərəfindən aparılmış soyqırımlar tarixi gerçəklik kimi irəli sürülməkdədir. Bu yöndə aparılan elmi araşdırmaların tək bir anlamı vardır: “TÜRKÜSTAN DÖVLƏTLƏRİ ARTIQ HEÇ BİR İMPERİYA SİYASƏTİNİN QURBANI OLMAMALIDIR!!!” Çarlıq Rusiyasının təməlini qoymuş I Pyotrun belə bir hərbi doktrinası var idi: “HARADA RUS ƏSGƏRİNİN ÇƏKMƏLƏRİ MÖVCUDDURSA, ORA RUSİYA DEMƏKDİR”, Sovet Rusiyasının inqilabi lideri Volodya Lenin isə: “RUS İNQİLABI XALQLARA KOMMUNİZM DÜŞÜNCƏSİ GƏTİRMƏKLƏ HƏM DƏ ÇARLIQ RUSİYASININ COĞRAFİYASINI BƏRPA EDİR” deyirdi. Hər hansı bir xalq özgürlüyünü qorumaq istəyirsə, antikolonial anlayış və siyasətləri irəli sürməyə məcburdur. Bunun başqa bir anlamı ola bilməz. Bütün bunların tək bir dəyəri vardır. Bu, keçmişdə törədilən vəhşətləri və sömürgə siyasətlərinin nə kimi bəlaları gətirdiyini anlatmaqla irəlidəki hədəflərə nail olmaq deməkdir. Politologiya və tarixşünaslıqda Gürcüstan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Qırğızıstanda yaşanılan işğalçılıq siyasətlərinin elmi baxımdan anatomiyasının araşdırılması məhz bu faktora və elmi məntiqə söykənir. O da bəllidir ki, Çarlıq və Sovet Rusiyasının vuran qılıncı, terrorizmin dəstəkləməsi də məhz ermənilərin əli ilə həyata keçirilib. Bu gün Qərbdən boylanan “beyinyuma”, digər “neoimperiya” siyasətləri də ermənilərin əli ilə gerçəkləşdirilir. Faktiki olaraq, ermənilər postsovet məkanında istənilən siyasi oyunlar və terrorların baş icraçısı rolunda çıxış edirlər. Ona görə ki, bu xalqın genetikası qədim Hindistanda “multanizm”in genetik  düsturu olaraq belə yoğrulub. Bunlar elmi konseptual şəkildə ortaya qoyulmayınca hər hansı təşəbbüslərin faydası da olmayacaq. Ona görə də Ukrayna, Belarus, Moldova, Litva, Latviya, Estoniya, Polşa, Bolqarıstan, Rumıniya da daxil olmaqla geniş bir coğrafi məkanda bu dövlətlərin xaqlarına qarşı Rusiyanın son 250 ildə apardığı tarixi rəzalətin anatomiyası, bu prosesdə ermənilərin iştirakını ortaya qoymaqla uluslararası düzəndə erməni terrorizminin də qarşısını almaq mümkündür.

Şöhrət Barlasa atılan çamurlar

Son 10-15-ildə Qazaxıstan, Özbəkistan və Qırğızıstanda çağdaş tarixşünaslıq elmində Çarlıq və Sovet Rusiyasının işğalçılıq siyasətində baş rol oynayan ermənilərin yerli toplumlara qarşı apardığı terror siyasəti və kütləvi qətllər haqqında bir sıra sanballı əsərlər ortaya qoyulmuşdur. A.Qədirbəyova, T.Rıskılov, M.Nəzərov, M.Həsənov, K.Satpaev, V.Torçinov, M.Mayorov, O.Kuznetsov, D.Timoxin, Ş.Qapurov, T.Musaeva, F.Daşdəmirov, M.Məhərrəmov və digər görkəmli alimlər Türküstanda (Orta Asiya) erməni vandalizminin bütün çalarlarını ortaya qoyublar. Bu ünlü elm xadimləri sırasında Şöhrət Barslas da yer alır. Şöhrət Barlasın son illər çap etdiyi elmi əsərlərində yer alan hər bir cümlə onlarla arxiv sənədləri əsasında yazılmışdır. Onun özəlliklə “Daşnakların Fərqanədən Qarabağa doğru terroru” fundamental kitabı bu gün 35 milyonluq əhalisi olan Özbəkistanda əksər insanların evində ən dəyərli elmi əsər kimi dəyərləndirilir. Şöhrət Barlasın elmi məqalələrinin coğrafiyası Özbəkistanla yanaşı, Azərbaycan, Qazaxıstan, Çeçenistan, Qırğızıstan, Gürcüstan, Türkiyə, Doğu Türküstan, Tatarıstan və digər ölkələrdə “erməni terrorizmi”nin iç üzünü açmaqda, bu prosesin ictimai xarakter almasında çox önəmli rol oynamaqdadır.
Bəs o zaman Şöhrət Barlasa qarşı aparılan çoxgedişli təbliğat kampaniyasının başında kimlər durur? Bu il yanvar ayının 25-də “xoruzun quyruğu” görünməyə başladı. Sən demə, Andrey Melkumov adlı bir erməni “rus-erməni qardaşlığı” ideyasını əlində bayraq kimi tutaraq, Rusiyanı yenidən Özbəkistana qarşı qızışdırmaq taktikası ilə ermənilərin tarixi cinayətlərinin üstünü ört-basdır etməyə çalışırmış. Moskvada ermənilərə məxsus
“russia-armenia.info” saytında Andrey Melkumov indi heç bir dəyəri olmayan, daha çox ötən yüzilin 30-cu illərində dəbdə olan, sovet terrorizminin əsas maşası rolunda çıxış edən NKVD-nin üslubu ilə böhtan çamurlarını atmağa cəhd etməyə başlayıb. Bu yöndə hətta “Rusiya-erməni strateji və ictimai dəstək təşəbbüsləri” mərkəzinin gerçək simasını  ortaya qoyubdur. Guya Şöhrət Barlas “Türkiyənin cəsusu”dur. Ermənistan və Rusiyaya qarşı “informasiya savaşı” taktikası ilə hərəkət edir. Şöhrət Barlasın Türkiyədə təhsil almasını bəhanə edərək, onun hətta “Fətoşçu” (Fətullah Gülən) olduğu iddiasını da irəli sürməkdən çəkinmir. Tipik erməni siyasəti. Bir yandan Şöhrət Barlasa damğa vuraraq, onun Türkiyənin cəsusu olduğunu (bunu Rusiya üçün nəzərdə tutub), o biri yandan isə, Türkiyədə “Fətoş”çuluğa qarşı aparılan mücadiləni bəhanə edərək gözdən salmaq taktikasını sərgiləyir. Andrey Melkumov bəsit erməni düşüncəsi ilə, Orta Asiyada bu gün yenidən milli genetik modifikasiyanın inkişafına ənənəvi “pantürkizm” və “panturanizm” damğalarını vurmaqdan belə çəkinmir. Guya bu iki ideya dünyada ən qorxulu və dəhşət saçan anlam deməkdir. 1920-1940-cı illərdə Türküstanda məşhur “BASMAÇ” Hərəkatını isə NKVD dönəmində olduğu kimi aşağılamağa çalışır. Halbuki, onlar həmin dönəmdə basmaçlar Türküstanın əfsanəvi qəhrəmanlarıdırlar. Onlar kommunizm pərdəsi altında Rusiyanın işğalçılıq siyasətinə qarşı idilər. Onlar rus-sovet işğalının maşası statusu ilə terror siyasətini aparan erməni revanşizminə qarşı savaşmışdılar. İndi bu gerçəklərin ortaya çıxması, ermənilərə qarşı böyük bir coğrafi hüdudların genişlənməsi deməkdir. Andrey Melkumovun bu yöndəki fəaliyyətlərinin arxasında duran tək səbəb isə, indiyə kimi heç yerdə deyilməyən hədəflərə hesablanıbdır. Tarixin təkərini geri döndərməklə ermənilər öncələrdə olduğu kimi Rusiyanın himayəsinə sığınmaqla bütün cinayətlərini ört-basdır etmək xəttini tutublar. Budur onları rahatsız edən.

Erməniləri qorxudan əsas hədəflər

Ermənistan adlı qondarma bir dövləti qorumaq üçün “erməni icmaları” hər zaman bu ideya ilə hərəkət etmişdir. Faktiki olaraq, Ermənistanı bir dövlət olaraq dünya erməni çeteləri Rusiya, Güney Azərbaycan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Belarus, ABŞ, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Bəhreyn, Kanada, Fransa, İspaniya, İtaliya, Yunanıstan, Avstraliya, Hindistan və digər ölkələrin üzərindən öz biznes şəbəkələrini quraraq yaşatmaq və qorumaq taktikası ilə hərəkət edirlər. Qafqaz, Anadolu, Güney Azərbaycan və Türküstanda anti erməni dalğası gücləndikcə, tarix boyu ermənilərin yerəl toplumlara qarşı cinayət əməlləri ortaya çıxdıqca, Ermənistanın varlığı da çökməyə doğru yönəlir. Ona görə də ermənilər neoimperiya siyasəti yürüdən bir sıra ölkələrin hədəflərinin yanında yer almaqla uydurma böhtanlara baş vururlar.  “Rusiya-erməni strateji və ictimai dəstək təşəbbüsləri” mərkəzinin aparıcı mütəxəssisi Andrey Melkumovun Şöhrət Barlasa qarşı apardığı şantaj taktikası bu siyasətin tərkib hissəsidir. O, hətta Özbəkistanın təhlükəsizlik strukturlarına qarşı böhtanlar atmaqdan belə çəkinmir. Erməni həyasızlığının bir üzü də qardaş ölkələr olaraq Azərbaycan, Türkiyə və Özbəkistanın ortaq işbirliyini Rusiyaya qarşı strateji hədəf adına sunmağa çalışır. Hələ bu azmış kimi, Özbəkistanın yeni dövlət başçısı Şövkət Mirzəyevi dolayı yolla təhdid edərək Rusiya-Özbəkistan münasibətlərinin inkişafı üçün “pantürkistlər” və “panturançılar”a qarşı “səlib yürüşü”nə çıxması ideyasını irəli sürür.
Bütün bunlar azmış kimi Şöhrət Barlasın “Türküstan və Güney Qafqaz XIX-XX yüzilliklərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” əsərinə, Ermənistan prezidenti Serj Sərkisyanı tənqid etdiyinə, Türkiyəyə “cəsusluq” əməlinə görə həbs olunması üçün Andrey Melkumov iddialar irəli sürür. Əslində bu oyunu ortaya atmaqla, digər alimləri qorxu altında saxlamaq “stalinizm”in mirası deməkdir. Erməni strateji araşdırmaçılarının Rusiyanın MDB məkanında neoimperiya siyasətini gücləndirmək üçün bu taktikaya üz tutmasının sirri də bundadır. Çünki artıq Avropa Birliyi, Avropa Şurası, NATO, ABŞ və digər dünya gücləri ermənilərin toplum olaraq hansı mövqedə olduğunun fərqindədirlər. Son 15 ildə artıq “xristian işbirliyi” tipli humanizm siyasətinə ermənilərin necə və hansı miqyasda tüpürdüklərinin fərqindədirlər. Buna görə də ermənilər Çin, İran, Rusiya, Hindistan, Suriya tipli avtoritar və diktatura rejimlərinə tərəf üz tutublar. Təhdid yolu ilə hətta Rusiyanın basqısı altında Özbəkistan və Azərbaycandakı akademik mərkəzlər olaraq tarix institutlarının ləğv edilməsi ideyasını irəli sürürlür. Guya bu elmi mərkəzlər Ermənistana qarşı ideoloji və informativ vasitələrlə çevriliblər. Şöhrət Barlasa qarşı atılan çamurların gerçək üzü budur. Şöhrət Barlas kimi ünlü bilim adamları ortaya çıxdıqca, ermənilərin sadəcə Türk toplumlarına deyil, bütövlükdə bəşər aləminə qarşı olduqları, siyasi həyasızlığı ilə daha çox tanınmağa başlayan ermənilərin hədəf dairələri də daralır. Kainatda kiçik etnik qrup olan ermənilərin dünya ağalığı xəstəliyinə səbəb olan amillərin yoxa çıxması bəşəriyyətin bu virusdan yaxasını kənara çəkməsinin zamanı çatdığına çoxları fərqindədir. Suriya, İran və digər dövlət terrorizminə dəstək verən rejimlər məhz ermənilərdən yararlanırlar. Bunu isbat etmək üçün Ermənistan və Azərbaycanın işğal altında qalan Qarabağ bölgəsində onların nə kimi i.şlərlə məşğul olduqları artıq göz önündədir. Yetər ki, bütün bunlar dünya birliyi tərəfindən tanınsın. Şöhrət Barlasın yazdıqları da bu ideyaya xidmət edir.

Ənvər Börüsoy

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button