Statistika komitəsindən qafa qarışdıran etnik tərkib!

Bakıda yaşayan erməniləri kimlər gizlədir?!

Azərbaycanda əhalinin sonuncu siyahıya alınması zamanı bəzi göstəricilər dəqiqləşdirilərkən, milli tərkib də müəyyənləşib. Bu barədə modern.az saytının sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov məlumat verib. Komitədən bildirilib ki, 2009-cu il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirən siyahıyaalınma zamanı sorğu olunan hər bir şəxs milliyyətini və ana dilini özü müəyyən edib. Uşaqların milliyyəti və ana dili valideynlərin dediklərinə əsasən yazılıb. Beləliklə, Azərbaycanda əhalinin milli tərkibi ilə bağlı ən yeni rəsmi məlumatı təqdim edirik.

Azərbaycanlılar – 8 milyon 172 min 800 nəfər (91%);

Ləzgilər – 180 min 300 nəfər (2%);

Ermənilər – 120 min 300 nəfər (1,3%);

Ruslar – 119 min 300 nəfər (1,3%);

Talışlar- 112 min nəfər (1,3%);

Avarlar – 49 min 800 nəfər (0,6%);

Türklər – 38 min nəfər (0,4%);

Tatarlar – 25 min 900 nəfər (0,3%);

Tatlar – 25 min 200 nəfər (0,3%);

Ukraynalılar – 21 min 500 nəfər (0,3%);

Saxurlar -12 min 300 nəfər (0,1%);

Gürcülər – 9 min 900 nəfər (0,1%);

Yəhudilər – 9 min 100 nəfər (0,1%);

Kürdlər – 6 min 100 nəfər (0,1%);

Qrızlar – 4 min 400 nəfər (0,04%);

Udinlər – 3 min 800 nəfər (0,04%);

Xınalıqlar – 2 min 200 nəfər (0,02%);

Digər millətlər – 9 min 500 nəfər(0,1%).

Yuxarıda qeyd etdiyimiz kimi, siyahıyaalınma 2009-cu il aprel ayının 13-dən 22-dək keçirilib və bu zaman əhalidən hansı milliyətdən olduğu soruşulub. Sorğu olunanlar isə könüllü olaraq hansı milliyətdən olduğunu bildiriblər.
Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin sayı 1999-cu ildəki siyahıyaalınmanın nəticəsinə uyğun götürülüb. 1999-cu ildə onların sayı 120 min 700 nəfər olub.
Modern.az saytı Dövlət Statistika Komitəsinə Dağlıq Qarabağdan kənarda, o cümlədən Bakıda nə qədər erməninin yaşadığı barədə sorğu ilə də müraciət edib. Lakin əhalinin milli tərkibi ilə bağlı sorğumuz cavablandırılarkən Dövlət Statistika Komitəsi həmin sualımıza cavab verməyib. Belə görünür ki, hazırda Bakıda yaşayan ermənilər əhalinin sonuncu siyahıyaalınması zamanı milliyətlərini gizlədiblər və siyahıya başqa milli mənsubiyyətlə daxil olublar. Məsələn, ya azərbaycanlılar, ya ruslar, ya da başqa millətlər kimi…
Dövlət Statistika Komitəsindən bildirilib ki, siyahıyaalınmadan indiyədək əhalinin sayında xeylı artım baş verib və 2011-ci il iyul ayının 1-nə olan məlumata görə, əhalinin sayı 9 milyon 165 min nəfərə çatıb.

 

Xural” qəzeti,

İl: 9, sayı: 027 (435), 17 – 23 iyul  2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. “Azerbaycan milleti” ne qeder de gulunc seslenr.Bu indiki hokumetin milleti oz kkunden ayirma siyasetinin,antiturk siyasetinin bir qoludur.Sovetler doneminde Turk demaya qorxurdular,bes indi neden qorxurlar.

  2. bu qeder de savadsizliq olmaz da, ne qeder mentiqsizlikdir. 120 min ermeni bu olkede yasayirsa, ve talislardan coxluq teskil edirse, bu o demekdir ki, biz hele de ozumuzu yaxsi tanimamisiq. ay axmaqlar, azerbaycanli diye bir millet yoxdur, bu turk milletidir. siz bu qeder dahisiniz da ozunuzden yeni millet cixarmisiz. basi boslar, hele de bilmirler ki, vetendasliq ne demekdir, milliyet ne demekdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button