Stella Abbasova işdən qovuldu

M.Qasımov adına 1 saylı Doğum Evinin baş həkimi Stella Abbasova səhiyyə nazirinin əmri ilə işdə buraxdığı nöqsanlara görə tutduğu vəzifədən azad edildi. Xatırladaq ki, “Xural” ötən saylarında bu xəstəxanada baş verən qanunsuzluq, rüşvət halları ilə bağlı anons yazıları dərc edərək oxuculara bu haqda ətraflı məlumat verəcəyini bildirib. “Xural” növbəti sayından başlayaraq bu xəstəxananın Zahılıq şöbəsinin müdiri Nigar Abdullayevanın pulsuz iddia edildiyi dövlət xəstəxanasında uşaqları dünyaya 750-800 manata gətirməsi, xəstələri “lyuks palata” adı altında heç bir şəraiti olmayan palatalarda yerləşdirməsi və s. haqda məqalə dərc edəcək. Nəzəriniz bizdə olsun…

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button