Steynar Gil Rauf Arifoğlunun açıq məktubuna cavab yazdı

Rauf Arifoğlunun açıq məktubuna cavab

Hörmətli Rauf, Sizin mənə məktubunuzu oxudum və mövqeyinizi belə açıq şəkildə izah etdiyinizə görə Sizə hörmət edirəm.

Ünvanıma xoş sözlərinizə görə də təşəkkür edirəm. Sizinlə razıyam ki, Azərbaycanda vəziyyət dəyişib, amma o mənada ki, demokratiya və azadlıqlar azalıb, siyasi məhbusların, o cümlədən həbs edilmiş jurnalistlərin sayı artıb.

Yadımdadır, 2003-cü ildə mənim iqamətgahımda Siz İlham Əliyev haqqında çox kəskin məqalə yazmışdınız, o dərəcədə kəskin ki, mən Sizdən onu yumşaltmağı, yəni fikrinizi bir qədər yumşaq formada ifadə etməyi xahiş etmişdim.

İndi isə Siz İlham Əliyevdən medal qəbul etdiniz. Məncə, İlham Əliyev dəyişməyib, ən azından yaxşı tərəfə.

Hörmətlə, Steynar Gil

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button