STP-dən təklif: “Şəhidlik haqqında qanun qəbul edilsin”

sivil4

Aprelin 14-də Sivil Toplum Platformasının növbəti iclası keçirilib. İclasda vətəndaş cəmiyyətinin durumu, QHT-lərin fəaliyyətinə əngəllər, məhkəmə qərarlarının icrası, cəbhə bölgəsində atəşkəsin pozulması və şəhidlərin statusu müzakirə edilib.
Platforma üzvləri şəhidlərlə bağlı məsələləri dövlətin və cəmiyyətin diqqətdə saxlamasını təklif ediblər. Təklif edilib ki, qardaş Türkiyədə olduğu kimi “Şəhidlik haqqında” qanun qəbul edilsin və şəhid ailələrinə yüksək imtiyazlar müəyyən olunsun, hər kəs üçün bərabər sosial güzəştlər tanınsın. Platforma alternativ qanun layihəsi hazırlayıb Milli Məclisin müzakirəsinə təqdim etməyi qərara alıb.
Platforma üzvləri son günlər AXCP sədri Əli Kərimliyə qarşı aparılan kampaniyanı pisləyərək bunun bəşəri dəyərlərə zidd olduğunu vurğulayıblar. Mətbuatda müxalifət liderinə qarşı yönəlik təhdidlərin qabuledilməz olduğunu qeyd ediblər. Bu cür kampaniya və çağırışların mənfi tendensiya yaradacağından narahatlıqlarını bölüşüblər

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button