“Strateq baxışı”nda müzakirə:”Kürd separatizmi bir maşadır”-VİDEO

Bəxtiyar Tuncay: “Vahid kürd kimliyi fikri formalaşıb”

Yasəmən Qaraqoyunlu: “Kürdlər hələ millət kimi formalaşmayıb”

Pənah Hüseyn: “Kürd separatizmi 20-ci əsrin hadisəsidir”

Sülhəddin Əkbər: “Kürd separatizminin tarixi “Qəsri-Şirin” anlaşmasına qədər gedib çıxır”

 

Strateq.az saytının təqdimatında “Strateq baxışı” verilişinin 2-ci buraxılışını təqdim edirik. Proqramın daimi qonaqları keçmiş Milli təhlükəsizlik nazirinin 1-ci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər, AXC-Müsavat hökumətinin Dövlət Katibi və Baş naziri, Azərbayan Xalq Partiyasının sədri Pənah Hüseyn və “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi”nin prezidenti Yasəmən Qaraqoyunludur. Tarixçi-araşdırmaçı yazar Bəxtiyar Tuncay məsələnin tarixi aspektini işıqlandırmaq üçün bizimlə birlikdə müzakirələrdə iştirak etdi. Bu dəfə mövzumuz “Böyük Orta Şərq layihəsində Kürd separatizminə ayrılan rol” adlanır. Kürd separatizminin rolu, yaranışı, bugünkü vəziyyəti və gələcəkdə izləyəcəyi trayektoriya müzakirə etdiyimiz əsas mövzu oldu. Təbii ki, kürd separatizmindən çıxış yolu haqqında da danışdıq. Əminəm ki, yaxın gələcəkdə müzakirə etdiyimiz mövzu daha da aktuallaşacaq və verilişimizdə səslənən analizlər bu baxımdan diqqətlə təhlil olunmalıdır.

Strateq.az olaraq “Böyük Orta Şərq layihəsində Kürd separatizminə ayrılan rol” mövzusunda 2-ci verilişimizi təqdim edirik…

 

 

“Strateq baxışı” proqramından fotoların yaddaşına köçən məqamlar:

        

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button