“Strateq baxışı”nda müzakirə: “Putinin Azərbaycana səfəri nə vəd edir?”-VİDEO

 

Strateq.az saytının layihəsi olan “Strateq baxışı” verilişinin 7-ci bölümü Azərbaycanın yerləşdiyi strateji bölgədə baş verən son olaylara həsr olunub. Mövzumuz “Azərbaycan regionda baş verən hadisələrin burulğanında” adlanır və bu dəfə verilişimizin daimi ekspertləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər və “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu ilə qonağımız Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. 1 saat 22 dəqiqə boyunca Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətləri, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, Ermənistanda baş verən son hadisələrin Azərbaycana mümkün təsirlərinin olub-olmadığı, Rusiya prezidenti Putinin Azərbaycana səfəri haqqında mülahizələr bölüşülüb və ekspertlər Azərbaycanın nə etməli olduğu haqqında fikirlərini bildiriblər. Məhz Putinin Azərbaycana səfər etdiyi zamanla üst-üstə düşən “Strateq baxışı” hər zaman olduğu kimi zamanın strateji məsələlərdə nəbzini tutmağa davam edir. Təsadüfi deyil ki, ötən verilişimiz də Rusiyanın strateji qurumlarının ciddi nəzarətində olub və regnum.az saytında “Strateq baxışı” ilə bağlı analitik məqalə yerləşdirilib. Ermənilərə bağlı olan, hətta onların nəzarətində olduğu deyilən bu saytda yerləşdirilən məqalə təbii ki, bizim əleyhimizə olub, amma bu belə onu göstərir ki, tutduğumuz yol düzgündür və bizi əhatə edən ölkələrin xüsusi təşkilatları tərəfindən diqqət mərkəzində saxlanılır.

Buyurun, “Strateq baxışı” verilişinin 7-ci bölümünü seyr edin. Bizim ən yaxşı qiymətimizi Siz verəcəksiniz, əziz tamaşaçılar.

Əvəz Zeynallı

“Strateq baxışı”

 

 

“Strateq baxışı”ndan fotolarda qalanlar:

 

  

 

Strateq.az

Əlaqəli məqalələr

2 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button