Rubrikalar: GÜNDƏM MANŞET QAYNAR QAZAN XuralTAC

“Strateq baxışı”nda şok açıqlama: “Ermənistan silahlı qüvvələrinin komandanı “Ruslar bizi sülhə gəlməyə qoymazlar!” dedi”-VİDEO

“Strateq baxışı”nda şok açıqlamalar oldu, mütləq seyr edin…

Strateq.az saytının layihəsi olan “Strateq baxışı” verilişinin 9-cu bölümü “Ermənistan inqilabı: Qarabağ məsələsinə mümkün təsirləri” mövzusuna həsr olunub. Mövzunu verilişimizin daimi ekspertləri Azərbaycan Xalq Partiyasının sədri, keçmiş Baş nazir Pənah Hüseyn, Azad Demokratlar Partiyasının sədri, keçmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbər, “Qlobal İnteqrasiya və Dialoq Mərkəzi” İB-nin prezidenti Yasəmən Qaraqoyunlu və qonağımız keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılla müzakirə edirik. Ermənistanda nələr baş verir, Ermənistan-Paşinyan inqilabının səbəbləri nələrdir, necə oldu ki, illərlə hakimiyyətdə olan, Qarabağ “qəhrəmanları”ndan ibarət “qaliblər komandası”nı kiçik bir azlıq devirə bildi, Rusiyanın bu inqilabda barmağı varmı, Ermənistan inqilabının Azərbaycana, Qarabağ probleminin həllinə nə kimi təsirləri ola bilər? Müzakirə boyu bu və ya digər suallara cavab axtarıldı və 1 saat 19 dəqiqəlik veriliş su kimi axıb keçdi. Keçmiş Baş nazir Pənah Hüseynin sensasion açıqlamaları, keçmiş Milli Təhlükəsizlik nazirinin 1-ci müavini Sülhəddin Əkbərin Əbülfəz Elçibəy-Ter Petrosyan görüşünün baş tutmamasının pərdəarxası məqamlarını ilk dəfə söyləmələri mətbuat üçün də yenilik oldu. Yasəmən Qaraqoyunlu və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə ciddi təhlilləri ilə mövzunun tam açılmasında maraqlı və zəngin məlumatlar verdilər.

Əminik ki, “Strateq baxışı” verilişinin bu buraxılışı da geniş tamaşaçı kütləsinin diqqətini çəkəcək.

Buyurun, “Strateq baxışı” verilişinin 9-cu bölümünü seyr edin. Hər şeyin necə olduğunun ən yaxşı qiymətini Siz verəcəksiniz, əziz tamaşaçılar.

“Strateq baxışı”,

Əvəz Zeynallı

Strateq.az

Paylaş:

This post was last modified on 29 Dekabr 2018 1:08 səhər

Share

Son Əlavələr

  • SİYASƏT
  • XuralTAC

Yadigar Sadıqlı: “Müsavat dəyişmək istəmədi”

Y.Sadıqlı:"Müsavat dəyişmək istəmədi" Müsavat Partiyasının bu gün keçirilən başqanlıq seçkilərində 20 səs alan Yadigar Sadıqlı nəticələrə münasibət bildirib. O, öz…

13 Oktyabr 2019 8:00 axşam
  • GÜNDƏM
  • XuralTAC

Ərdoğan Azərbaycana səfər edəcək-Tarix açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyası açıqlama yayıb. Qeyd olunub ki, Türkiyə lideri…

13 Oktyabr 2019 7:34 axşam
  • GÜNDƏM
  • XuralTAC

Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi

Bu gün, oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən «Büllur» sarayda keçirilən Müsavat Partiyasının IX qurultayı başa çatıb. Xural.com-un verdiyi məlumata…

13 Oktyabr 2019 7:27 axşam
  • GÜNDƏM
  • XuralTAC

Türk Ordusuna Bakıdan kütləvi müraciət: “Bizi də sıralarınıza alın!”-VİDEO

Türk Ordusunun Suriyada başlatdığı "Barış pınarı" hərəkatına Azərbaycandan kütləvi dəstək var. Bunlardan biri də Naxçıvanın sabiq daxili işlər naziri Siyavuş…

13 Oktyabr 2019 1:20 axşam
  • DÜNYA
  • XuralTAC

“Barış bulağı” əməliyyatı: məhv edilən terrorçu sayı 415-ə çatıb

Suriyanın şimalında Türkiyə ordusu tərəfindən aparılan “Barış bulağı” antiterror əməliyyatı çərçivəsində zərərsizləşdirilən PKK/PYD, YPG terrorçularının sayı 415-ə çatıb. APA xəbər…

12 Oktyabr 2019 12:42 axşam
  • GÜNDƏM
  • XuralTAC

“Bizə nəsə olsa, günahkar həm də Əli Həsənovdur”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və…

12 Oktyabr 2019 12:40 axşam
Xural.COM