Su idarəsinin rəisi küçə təmir edir

«Mən icra başçısının göstərişi ilə küçə təmir etdirirəm»…

 Bərdədən redaksiyamıza daha bir məmur özbaşınalığı haqqında məlumat daxil olub. Məlumata əsasən, rayonun artezian quyularının istismarı idarəsinin Firudin adlı rəisi fermerlərə qarşı qanunsuz tələblər irəli sürür. Rayonun 30-a yaxın kəndindən şikayət edən fermerlər bildirirlər ki, Firudin onların dəfələrlə şikayət etməsinə baxmayaraq, əhalinin tələblərini yerinə yetirməkdən imtina edir.

Sakinlər bildirirlər ki, hətta quyuları öz pulları ilə təmir etdirib işlək vəziyyətə gətirsələr də, onlar bu imkanlardan yararlana bilmirlər. «Dəfələrlə biz idarəyə şikayət etmişik. Bu gün (dünən red) Firudin müəllimin qəbul günü olsa da, biz onu yerində tapa bilmədik. Onunla telefon əlaqəsi yaradanda bizə dedi ki, rayonun Həzi Aslanov küçəsində abadlıq işləri ilə məşğulam və sizinlə görüşməyə vaxtım yoxdur» – deyə sakinlər bildirirlər.

Onlar iddia edirlər ki, idarə rəisi deyib ki, abadlıq işlərinin görülməsi üçün icra başçısının göstərişi ilə 200 min manat pul xərcləyib. Hətta idarə rəisi «mən bu pulları maaşımla ödəyən deyiləm ki» də deyib. Dünən rayon sakinlərinin müraciəti ilə bağlı olaraq Bərdə Rayon Artezian Quyularının İstismarı İdarəsinin rəisi ilə əlaqə saxlama cəhd etsək də, gün ərzində onun mobil telefonu qapalı oldu. Yazılanlarla bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

 Elnur Rəhimoğlu

Bərdə şəhəri

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button